reklam
Moskvada turistlər harda qalacaq?
Sportfm.az xəbər saytı

Moskvada turistlər harda qalacaq?


Moskva şəhərində 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının azarkeşlərinin və turistlərin yerləşdirilməsi üzrə mərkəzi işə başlayıb.

Sportfm.az xəbər verir ki, bu mərkəz vasitəsilə şəhərin otellərində boş yerlər barədə məlumat almaq, habelə futbol üzrə dünya çempionatının keçirildiyi dövrdə qiymətinə və yerləşmə ərazisinə görə münasib olan yaşayış yeri seçmək mümkün olacaq.

Yeni mərkəzin açılması barədə məlumat Moskva merinin saytında yerləşdirilib.

Mərkəzin operatorları müxtəlif ölkələrdən və Rusiyanın başqa şəhərlərindən olan futbol azarkeşlərinə münasib yaşayış yeri seçmək üçün telefon vasitəsilə kömək edirlər.

Otellərdə nömrələrin bronlanması üçün sifarişlər +7 (800) 302-31-12 və +7 (800) 350-51-12 nömrəli telefonla qəbul edilir (başqa şəhərlərdən olan zənglər üçün). Operatorlar beş dil bilirlər: rus, ingilis, fransız, çin və alman dilləri.

Azarkeşlərin yerləşdirilməsi üzrə mərkəzin xüsusi informasiya bazasında Moskva otellərinin altı mindən çox nömrəsi barədə məlumat toplanıb. Mərkəzə zəng vuran sifarişçidən öz telefon nömrəsini və ya elektron poçt ünvanını bildirməsini xahiş edirlər. Sonra həmin şəxsin tələblərinə uyğun olan otelin nümayəndələri onunla əlaqə saxlayır. Məlumat bazası sonradan daha da genişlənəcək, buraya Moskva vilayətindəki otellərə aid məlumatlar da əlavə olunacaq.

Xatırladaq ki, futbol üzrə dünya çempionatının matçları bu il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində: Moskva, Sankt-Peterburq, Kazan, Soçi, Nijni Novqorod, Samara, Volqoqrad, Rostov-Don, Kalininqrad, Yekaterinburq və Saransk şəhərlərində keçiriləcək.

Moskvada 12 oyun nəzərdə tutulur. Əsas hadisələr “Lujniki” stadionunda cərəyan edəcək. Burada qrup mərhələsinin açılış mərasimi və dörd görüş, həmçinin səkkizdəbir final oyunlarından biri, yarımfinal və final matçları keçiriləcək. Daha beş oyunu “Spartak” stadionu qəbul edəcək: qrup mərhələsinin dörd görüşü və səkkizdəbir final oyunlarından biri burada keçiriləcək. (azertag.az)

Oxşar xəbərlər

Qrup mərhələsində V tur - Avropa Liqası
Futbol üzrə XXI dünya çempionatının təntənəli açılış mərasimi keçirildi - FOTO
Dünya Çempionatının təqvimi
Futbol üzrə DÇ-2018-in təqvimi açıqlandı - Hansı yığma, hansı şəhərdə?
DÇ-2018-in rəsmi topu təqdim edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər