“Neftçi” ənənəni pozmadı
Futzal üzrə Yüksək Liqada bu gün XXII turun daha bir oyunu keçirilib. Bakı İdman Sarayında “Yasamal”la “Neftçi” üz-üzə gəlib.
Sporrtfm.az xəbər verir ki, arxada qalan hər iki oyunda qalib gələn “Neftçi” üstünlüyünü davam etdirmək, “Yasamal” isə uğursuz seriyanı dayandırmaq istəyirdi. Ancaq hər iki komanda meydana itkilərlə çıxmışdı. “Yasamal”dan Məhəmməd Şahsavari, Rəsul Akbari və Mohsan Binari viza işləri ilə əlaqədar İranda olduqlarından komanda 7 futzalçının ümidinə qalmışdı. “Neftçi”də isə Mehram Eybeli zədəli olduğuna görə, meydana çıxa bilmirdisə. Mehran Əxbəri, Məhəmməd Beyralı və Məhəmməd Ruhi isə komandaya lazım olmadıqlarına görə, vətənlərinə yola salınmışdılar.
Oyunda hesab ilk hücumda açıla bilərdi. Di gəl, Cahandost topu irəli çıxmış Elnurun başı üzərindən hədəfə yönləndirə bilmədi. Bununla belə, “Yasamal” istəyinə çatdı. 2-ci dəqiqədə Vorobyov baxımlı qol vurmaqla hesabı açdı. Ancaq bu üstünlük 1 dəqiqə çəkdi. Balakişiyev “gəmi”ni xilas etməyi bacardı. Rəqib kapitanın cavab həmləsi də təhlükəli alındı. Amma bu dəfə dirək xilaskar rolunu oynadı. Bundan sonra “Neftçi” ardıcıl 2 qol vurdu. Vüsal İsayev və Xocayev adını tabloya yazdırdı. Oyun zamanı tez-tez sabiq “Neftçi”li Sadiq Cavidlə əvvəlki komanda yoldaşları arasında da mübahisə yaşanırdı. Hesab növbəti dəfə hissənin sonlarına yaxın dəyişdi. Mortoza Cahandost penalti zərbəsi ilə fərqi minimuma endirdi. Ardınca isə “Neftçi” rəqibin passivində 5 cərimə olduğuna görə, 10 metrlik zərbə vurmaq hüququ qazandı. Bu dəfə Rüfət Balakişiyev qapıçını məğlub edə bilmədi. Birinci hissənin bu hesabla başa çatacağı gözlənilirdi ki, “Neftçi” sona 2 saniyə qalmış fərqi 2 topa çatdırdı.
İkinci hissədə real qol epizodunu əvvəlcə Cahandost boşa verdi. Vüsal da rəqibindən geri qalmadı. Hücumların birində Omidin zərbəsi dirəyin yanından keçdi. Fərq standart vəziyyət zamanı dəyişdi. Rüfətin dirəyin dibinə göndərdiyi topa toxunan Tural Qurbanov komandasının 5-ci qolunu vurdu. Növbəti epizodda kapitan özü fərqlənməklə dublnu rəsmiləşdirdi. Oyunun sonuna yaxın əsəblər tarıma çəkildi ki, nəticədə Cahandost ikinci sarı-qırmızı, Mehtiyev isə birbaşa qırmızı vərəqə alaraq meydanı erkən tərk etməli oldu.
“Yasamal” FK – “Neftçi”İK (2:4) 2:6
30 mart. Bakı İdman Sarayı. Saat 16:00
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev
Hakim-inspektor: Əli Məmmədov
Qol: V. Vorobyov, 1:32, M. Cahandost, 17:54 (pen.) // R. Balakişiyev, 2:26, 28:43, V. İsayev, 5:43, V. Xocayev, 7:25, O. Baxşıli, 19:58, T. Qurbanov, 27:26
Sarı vərəqə: S. Cavid, 8:02, M. Cahandost, 13:05, X. Quliyev, 22:27, V. Vorobyov, 37:27 // O. Baxşəli, 29:30, T. Qurbanov, 37:27, V. İsayev, 37:42
Qırmızı vərəqə: M. Cahandost, 37:27 (ikinci sarı) // S. Mehtiyev, 37:27
“Yasamal” FK
1. Mohammed Roştani (q), 80. Omid Oraz, 9. Vladislav Vorobyov, 10. Mortoza Cahandost (k), 12. Sadiq Cavid, 6. Xəyal Quliyev, 14. Cavid Taleb
Rəhbər: Orxan Allahverdiyev
“Neftçi” İK
23. Elnur Zamanov (q), 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 94. Oruc Baxşəli, 6. Məhəmməd Katebi, 1. Samir Mehtiyev (q), 17. Vüsal İsayev, 7. Tural İsmayılov, 13. Əjdər Əjdərov, 8. Vahib Xocayev
Baş məşqçi: İlqar Aslanov
№ Komanda O Q H/H M T/F X
1 Araz 19 18 1 0 125-24 55
2 Marafon Futsal 18 12 1 5 69-37 37
3 EKOL 19 10 2 7 82-56 32
4 FK.İD.Futsal 17 6 4 7 72-61 22
5 Neftçi İK 17 6 4 7 46-44 22
6 Yasamal 18 4 0 14 56-119 12
7 Xəmsə 18 0 2 16 42-151 2
Bombardir: Thiaqo Telez Bolinya (“Araz”) – 30 qol
Oxşar xəbərlər
Azərbaycan çempionatında daha bir inanılmaz hesab qeydə alındı, Məmmədkərimov 9 qol vurdu
Həmid və Vladislav meydana çıxa bilməyəcək
“Neftçi”nin ilk qələbəsi
Sultanov "qaçır", Mortoza və Tyaqo "qovur" - debütantın futzalçısının böyük uğuru
Təhlükəli zonanın bir addımlığındakılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası