“Neftçi”nin ilk qələbəsi
Bu gün Yüksək Liqanın XXIV turunda 2 oyun keçirildi. Turun açılış oyununda turnir cədvəlinin qonşu pillələrində yer alan və aktivində eyni sayda xal olan komandalar qarşılaşdı.
Sportfm.az xəbər verir ki, CBC Sport kanalında canlı yayımlanan matçın ilk yarısında sükut pozulmadı. Ancaq bunun üçün hər iki komandanın cəhdləri az olmadı. Əvvəlcə Ramil Həsənzadə Rüfətin qüvvətli zərbəsinə əla reaksiya nümayiş etdirdi və “gəmi”sini xilas etdi. Nominal meydan sahiblərinin cavabı da gecikmədi. Təcrübəli Ağatahir Əzimov Zamanovu məğlub edə bilmədi. Elə Faiq Əliyev də qapıçı səddini aşmağı bacarmadı. Qalan dəqiqələrdə topa nəzarət daha çox debütanatda olsa da, hesabı açmaq mümkün olmurdu. Hətta 10-cu dəqiqənin tamamında Əliyev Zamanlı ilə üzbəüz qaldı və topu onun üstünə vurdu. “Neftçi”dən Tural Qurbanovun dirəyin dibinə istiqamətləndirdiyi topu təcrübəli Həsənzadə kornerə çıxardı. 14-cü dəqiqədə Əliyev-Əzimov tandemi bəhrəsiz yekunlaşdı. Halbuki rəqibi say üstünlüyündə yaxalayan debutant fərqləməyə borclu idi. Növbəti dəfə Nihad diqqət mərkəzinə düşdü. Di gəl, İsmayılovun zərbəsindən sonra top cüzi fərqlə meydanı tərk etdi. Əliyevin də cəhdi uğursuz alındı və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollandılar.
İkinci hissədə ilk təhlükəli vəziyyəti “Neftçi” İK yaratdı. Oruc ardıcıl 2 epizod zamanı Ramili məğlub edə bilmədi. Onun bu uğursuz cəhdləri komanda yoldaşlarının da narazılığına səbəb oldu. Rüfət Balakişiyev 23-cü dəqiqədə tablodakı sıfırlardan birini dəyişməyə yaxın idi, ancaq cüzi qeyri-dəqiqlik onun sevinməsinə imkan vermədi. Nəhayət sükut 27-ci dəqiqədə pozuldu. “İtaldizain Futsal”dan Elşən İbrahimxəlilov qapıçıdan qayıdan toru tora qovuşdurmaqla komandasını hesabda önə keçirdi. Bununla da, demək olar, oyun yenidən başladı. Fərq uzun çəkmədi və cəmi 2 dəqiqə sonra tablodakı rəqəmlər eyniləşdi. Bu dəfə Məhəmməd Katebi fərdi bacarığını işə saldı və bir neçə rəqibini aldadıb, qapının uzaq küncünü dəqiq nişan aldı. Vahib Xocayevin hesabı komandasının lehinə çevirməsinə son anda qapıçı imkan vermədi. 33-cü dəqiqədə Balakişiyev ən çətinini etdi. O, Qurbanovun cinahdan qapıya paralel ötürməsini boş qapıdan keçirmək əvəzinə, üst tirə vurdu. Dönən topu isə Xocayev qapıdan keçirə bilmədi. Bu qədər şansı boşa verən Xocayev 34-cü dəqiqədə istəyinə çatdı. Onun “doqquzluq”a “sancdığı” top hesabı komandasının xeyrinə dəyişdi. 38-ci dəqiqədə meydanda xoş olmayan hadisə yaşandı. “Neftçi”nin oyunçuları zədəli futzalçı olduğuna görə, topu meydandan çıxardı. Bunu unudan “İtaldizain Futsal” autdan topu oyuna daxil edib, qol vurdu. Lakin fair-pley-in pozulduğunu anlayan debutant səhvini dərhal düzəltdi. Belə ki, meydanın mərkəzində topa ikinci toxunuş edən Rüfət Balakişiyev qapıçının da kənara çəkildiyi boş qapını nişan aldı və 1 topluq fərq bərpa olundu. Sona 15 saniyə qalmış Tural Qurbanovun zərbəsi dirəkdən döndü. Beləliklə gərgin keçən oyunda “Neftçi” qalib gəldi. Bu, “Neftçi”nin cari mövsümdə debutant üzrəində ilk qələbəsidi. Belə ki, I dövrədəki oyunda “İtaldizain Futsal” 5:2 hesabı ilə qalib gəlib, II dövrədəki matçda isə tərəflər 3:3 hesablı heç-heçəyə razılaşıb. Qış fasiləsindən sonrakı ilk duel isə təsirə salınıb.
Günün ikinci oyununda da “qonşu”lar üz-üzə gəldi. İlk cəhddə “Yasamal” hesabı xeyrinə dəyişə bilərdi, Əli Həsənovun əks zərbəsi dirəyin dibindən meydanı tərk etməsəydi. 10-cu dəqiqədə isə Vladislav dirəyi nişan almaqla komanda yoldaşlarını təəssüfləndirdi. Əks-hücumlara bel bağlayan “Xəmsə” 16-cı dəqiqədə istəyinə çatdı. Rüfət Cəlilov Toğrul İsmayılzadənin ötürməsini qapıdan keçirməklə hesabı açdı. Düzdü, “Yasamal”ın oyundakı üstünlüyü sona qədər davam etdi. Fasiləyə autsayderin üstün yollanmasında qapıçının əməyi danılmaz oldu.
İkinci hissəyə “Xəmsə” qolla başladı. Şamonun diaqonla ötürməsini Toğrul çərçivədən keçirdi. Toparlanmağa çalışan “Yasamal” fərqi minimum endirməyi bacardı. Mortoza qüvvətli zərbə ilə qapının uzaü küncünü dəqiq nişan aldı. “Yasamal” bərabərlik qolunu da vurmağa yaxın oldu. İki epizodda top qapı dirəyinə dəyib meydanı tərk etdi. Omid Oraz nəhayət 35-ci dəqiqədə hesaba tarazlıq gətirdi. O, cinahdan mərkəzə doğru irəliləyib dəqiq zərbə endirdi. Növbəti hücum zamanı isə “Yasamal” oyunda ilk dəfə hesabı lehinə dəyişdi. Sadiq Cavid Rəşadla dueldən qalib ayrıldı. Bir dəqiqə sonra Şamo cərimə meydançası daxilində topun qarşısını əli ilə kəsdiyinə görə, hakim penalty təyin etdi. Ancaq Mortoza topu 6 metrlik məsafədən üst tirə tuşladı. Əvəzində “Xəmsə” əks-hücum zamanı hesabı bərabərləşdirdi. Sona 8 saniyə qalmış “Yasamal” sensasiyaya imkan vermədi. Yenə Omid fərqlənməklə qələbəni təmin etdi.
“Yasamal” FK – “Xəmsə” (0:1) 4:3
13 aprel. Bakı İdman Sarayı. Saat 16:30
Hakimlər: Elçin Məmmədov, Yusif Nurullayev, Kənan Məlikov
Hakim-inspektor: Ələkbər Məmmədov
Qollar: M. Cahandost, 22:21, O. Oraz, 34:06, 39:52, S. Cavid, 35:41 // R. Cəlilov, 15:57, T. İsmayılzadə, 21:01, Ə. Həsənov, 36:57
Sarı vərəqə: R. Akbari, 30:08 // Ş. Talıbov, 36:45
“Yasamal” FK
1. Mohammed Roştani (q), 10. Mortoza Cahandost (k), 12. Sadiq Cavid, 9. Vladislav Vorobyov, 80. Omid Oraz, 47. Rəsul Akbari, 8. Reza Mahdavi, 5. Mohammad Vəfa
Rəhbər: Orxan Allahverdiyev
“Xəmsə”
1. Rəşad Zeynallı (q), 12. Ceyhun Yusifov, 9. Samir Əmirov, 10. Əli Həsənov (k), 11. Rüfət Cəlilov, 19. Samir Əlizadə, 6. Şamo Talıbov, 4. Elçin Zeynalov, 2. Talıb Talıbzadə, 8. Toğrul İsmayılzadə
Baş məşqçi: Arif Vəliyev
“FK.İD.Futsal” – “Neftçi” İK (0:0) 2:3
13 aprel. Bakı İdman Sarayı. Saat 14:30
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Əli Cəbrayılov
Hakim-inspektor: Arif Ağayev
Qollar: E. İbrahimxəlilov, 26:50, 37:40 // M. Katebi, 29:33, V. Xocayev, 33:54, R. Balakişiyev, 37:45
Sarı vərəqələr: A. Ağayev, 16:02, F. Əliyev, 26:30, R. Fərəczadə, 33:50
“FK.İD.Futsal”
12. Ramil Həsənzadə (q,k), 4. Elvin Quliyev, 9. Elşən İbrahimxəlilov, 13. Ağatahir Əzimov, 10. Faiq Əliyev, 1. Ümid Paşayev (q), 7. Rəcəb Fərəczadə, 8. Nihad İsmayılov, 5. Ruzigar İbrahimzadə, 6. Anar Ağayev
Baş məşqçi: Rafail Ağayev
“Neftçi” İK
23. Elnur Zamanov (q), 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 6. Məhəmməd Katebi, 8. Vahib Xocayev, 17. Vüsal İsayev, 7. Tural İsmayılov, 13. Əjdər Əjdərov, 94. Oruc Baxşəli
Baş məşqçi: İlqar Aslanov
№ Komanda O Q H/H M T/F X
1 Araz 20 19 1 0 131-25 58
2 Marafon Futsal 19 13 1 5 80-37 40
3 EKOL 20 11 2 7 87-59 35
4 Neftçi İK 18 7 4 7 49-46 25
5 İtaldizain Futsal 19 6 4 9 77-69 22
6 Yasamal 20 5 0 15 61-128 15
7 Xəmsə 20 0 2 18 45-166 2
Bombardir: Thiaqo Telez Bolinya (“Araz”) – 30 qol
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 30 | 23 | 3 | 4 | 83-29 | 72 |
2 | Neftçi | 30 | 13 | 8 | 9 | 39-30 | 47 |
3 | Zirə | 30 | 12 | 10 | 8 | 26-18 | 46 |
4 | Sumqayıt | 30 | 11 | 11 | 8 | 28-33 | 44 |
5 | Sabah | 30 | 12 | 7 | 11 | 42-37 | 43 |
6 | Turan Tovuz | 30 | 11 | 9 | 10 | 46-40 | 42 |
7 | Səbail | 30 | 10 | 9 | 11 | 45-49 | 39 |
8 | Araz-Naxçıvan | 30 | 8 | 8 | 14 | 28-42 | 32 |
9 | Kəpəz | 30 | 8 | 7 | 15 | 35-57 | 31 |
10 | Qəbələ | 30 | 4 | 4 | 22 | 21-58 | 16 |
N | Klublar | O | Q | D | M | VQ | BQ | X |
1 |
Araz Naxçıvan |
18 |
15 |
2 |
1 |
141 |
27 |
47 |
2 |
Baku Fire |
18 |
11 |
5 |
2 |
132 |
46 |
38 |
3 |
Neftçi İK İB |
18 |
11 |
3 |
4 |
162 |
56 |
36 |
4 |
Yasamal Bakı |
18 |
6 |
2 |
10 |
79 |
149 |
20 |
5 |
U-19 |
18 |
2 |
3 |
13 |
61 |
141 |
9 |
6 |
Record club |
18 |
1 |
1 |
16 |
32 |
188 |
4 |
Bombardirlər: Reza Abgoun (Neftçi İK) - 55, Kənan Manafov (Baku Fire) - 49, Rüstəm Bağırov (Yasamal Bakı) - 41 qol
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qaradağ Lökbatan | 21 | 13 | 6 | 2 | 37-14 | 45 |
2 | Şamaxı | 22 | 11 | 9 | 2 | 47-18 | 42 |
3 | İmişli | 21 | 12 | 6 | 3 | 32-13 | 42 |
4 | MOİK | 22 | 12 | 5 | 5 | 43-22 | 41 |
5 | Karvan | 21 | 9 | 5 | 7 | 26-25 | 32 |
6 | Zaqatala | 21 | 5 | 8 | 8 | 25-28 | 23 |
7 | İrəvan | 22 | 7 | 2 | 13 | 25-47 | 23 |
8 | Mingəçevir | 22 | 6 | 4 | 12 | 16-32 | 22 |
9 | Difai Ağsu | 21 | 4 | 4 | 13 | 24-36 | 16 |
10 | Araz Saatlı | 21 | 3 | 1 | 17 | 22-62 | 10 |