UEFA-dan avrokuboklarla bağlı inqilabi dəyişikliklər
UEFA növbəti mövsümdən Çempionlar Liqası və Avropa Liqası ilə bağlı yenilikləri açıqlayıb.
Sportfm.az xəbər verir ki, əsas dəyişiklik oyun zamanı komandaların 4-cü əvəzetmə hüququnun təsdiqlənməsi ilə bağlıdır. Yeni qayda pley-off oyunlarında yalnız əlavə vaxt olduğu təqdirdə tətbiq ediləcək.
Bundan başqa, ÇL və AL-in final oyunu, UEFA Superkubok matçı zamanı sifariş ərizəsinə 23 futbolçunun adı daxil edilməsinə icazə verilib.
Digər dəyişikliyə əsasən, ÇL və Avropa Liqasında qrup mərhələsi başa çatdıqdan sonra klublar avrokuboklarda çıxış etmək üçün heç bir məhdudiyyət olmadan 3 futbolçu sifariş edə biləcəklər. Bu, milli çempionatlarda qış "transfer pəncərəsi” zamanı oyunçuların klublarını dəyişməsi ilə bağlı normativlərə uyğundur.
ÇL və Avropa Liqasında oyunların başlama saatlarında da dəyişiklik olacaq. ÇL-də pley-off, qrup mərhələsi, 1/8, 1/4 və 1/2 final və final matçları Avropa vaxtı ilə saat 21:00-da başlayacaq (hazırkı Bakı vaxtı ilə saat 23:00). Həmçinin, qrup mərhələsinin çərşənbə axşamı və çərşənbə günü baş tutacaq iki görüş saat 18:55-də start götürəcək. Qrup mərhələsinin son turunda bütün oyunlar eyni vaxtda başlayacaq.
Avropa Liqasında qrup mərhələsindən 1/8 finaladək olan görüşər saat 18:55-də və 21:00-da start götürəcək. Hər bir oyunun başlama saatı püşkatmaya uyğun təyin ediləcək. Sonuncu turda hər bir qrupda qarşılaşmalar eyni vaxtda olacaq. 1/4, 1/2 və final matçları 21:00-da başlayacaq.
Oxşar xəbərlər
Klublarımız üçün avrokubokda 2021/22 mövsümünün təqvimi - SİYAHI
Azərbaycan klubları avrokuboklarda mübarizəyə nə vaxt başlayacaq? - TƏQVİM
Azərbaycan klublarının "ölüm saatı" işə düşdü…
Klublarımız avrokuboklara nə vaxt başlayacaq?
UEFA-dan inqilabi qərarlar: Avroliqa çempionu olan komanda...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası