Azərbaycan klublarının "ölüm saatı" işə düşdü…
Gələn mövsümdən UEFA-nın bütün Avropa kubokları yarışlarında yeni üçillik dəyişiklik dövrü başlanır.
Sportfm.az xəbər verir ki, 2018-19-cu illər mövsümündən başlayaraq, pley-off oyunları zamanı 4-cü oyunçu dəyişikliyinə də icazə verildi.
Lakin bu qayda yalnız əlavə vaxtlara şamil ediləcək.
Çempionlar və avropa liqaları, eləcə də UEFA superkubokunda sifariş ərizəsinə 23 futbolçunun adını daxil etmək mümkün olacaq. Adi yarışlarda 18 futbolçunu sifariş etmək mümkündür. Bu isə məşqçilərə əvəzləmə zamanı daha çevik hərəkət edərək, ilin ən mühüm oyunlarında fərqli qərarlar verməyə imkan yaradacaq.
Mühüm dəyişikliklərdən biri heyətlərlə bağlıdı. Qrup mərhələləri başa çatdıqdan sonra, komandalar avrokuboklarda çıxış etmək hüququ olan istənilən üç futbolçunu istisnasız sifariş edə biləcək. Bu isə baş mükafat uğrunda yürüşünü davam etdirənlərə heyəti komplektləşdirməklə bağlı daha geniş meydan açacaq.
Oyunların başlama saatına da yenilik edilib. Çempionlar Liqasında matçlar pley-off, qrup və sonrakı mərhələlərdə matçlar Orta Avropa Saatı (OAS) ilə 21:00-da başlanacaq (Bakı vaxtı ilə, mövsümdən asılı olaraq, 23:00 və ya 24:00).
Bununla yanaşı, qrup mərhələsində yarışlardan biri OAS-la 18:55-də start götürəcək. Lakin son turlarda bütün görüşlər eyni vaxtda keçirilməlidir. Xüsusi hallarda UEFA özü istisnalar edə bilər.
Avropa Liqasında qrup və 1/8 final qarşılaşmaları üçün OAS-la 18:55 və 21:00 nəzərdə tutulub. Qrupun son turu üçün qayda Çempionlar Liqasında olduğu kimidir. 1/4 finaldan başlayaraq, matçlar üççün 21:00 (OAS) təyin edilib və vaxtın dəyişdirilməsi yalnız UEFA-nın səlahiyyətidi.
Superkubok oyunu da Orta Avropa qurşağı ilə 21:00-dır. Əlavə edək ki, builki matç avqustun 15-də Estoniya paytaxtı Tallinnin «Lilleküla» stadionunda təşkil ediləcək.
«Ulduz» qərarı da yarış iştirakçılarının daha bir səlahiyyəti olacaq. Avropa Liqasında dalbadal 3 dəfə,0 ya da UEFA Kuboku nəzərə alınqmaqla, cəmi 5 dəfə qalib gəlmiş klub geyimlərində bunu əks etdirən nişanəni daşıya biləcəklər. Gələn mövsümün avrkuboklarına vəsiqə əldə edərsə, bunu hüquq İsraniya «Sevilya»sına veriləcək. Əndəluslar turnirdə 5 dəfə (2006, 2007, 2014, 2015, 2016) qalib gəliblər. Çempionlar Liqasında artıq belə ənənə var.
Fevralda qəbul edilmiş daha bir qərara görə avrokubokların keçirilmə qaydalarında da dəyişiklik edilib. Bu yenilik aparıcı ölkələrə daha geniş meydan verib və aşkar kommersiya məqsədlərinə xidmət edir. Bu qərara əsasən, mövcud şəraitə görə ölkəmiz Çempionlar Liqasında iştirak etmək üççün 1-ci təsnifat mərhələsindən başlayacaq.
Avropa Liqasında isə hər üç təmsilçi də yarışa həmin dövrdən qoşulacaq. Bi r komandanın 2-ci mərhələdən başlaması üçün ölkənin klub reytinqi indiki 26-cı pillədən 24-ə qaldırılmalıdır. Yəni əvvəllər də qeyd etdiyimiz kimi, hər xal uğrunda ciddi mübarizə aparmaq lazımdı. (sportinfo.az)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |