Klublarımız avrokuboklara nə vaxt başlayacaq?
Avrokubokların 2018/19 mövsümünün tam təqvimi açıqlanıb.
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, yeni formatda keçiriləcək Çempionlar Liqası və Avropa Liqasında oyunların baş tutma tarixləri, həmçinin püşkatma mərasimlərinin günləri bəlli olub.
Yarışların əsas mərhələlərinin formatı dəyişməsə də, 2018-ci ilin yayında başlayacaq turnirlər təsnifat mərhələsindən əlavə ilkin raundlardan da ibarət olacaq. Belə ki, ənənəvi 4 təsnifat mərhələsindən (sonuncu pley-off da adlandırılır) öncə ən zəiflərin qatılacağı ilkin mərhələ də olacaq.
Çempionlar Liqasında 4 komanda olimpiya sistemi təsnifat mərhələsinə yeganə vəsiqənin sahibini müəyyənləşdirəcək. Burada cütlər 1 dəfə üz-üzə gələcək. Avropa Liqasında isə 16 komanda iki qarşılaşmadan ibarət dueldə 8 yer üçün döyüşəcək.
İlkin mərhələlərdən azad olan Azərbaycan komandalarının hamısı I təsnifat mərhələsindən yarışa qatılacaq. Hətta Çempionlar Liqasının I təsnifatından azad olmağımız kimi güzəşt də yeni formatda olmayacaq.
İlk iki təsnifat mərhələsinin püşkünün iyulun 2-də atılması planlaşdırılıb. Azərbaycan klubları üçün növbəti avrokubok mövsümü iyulun 10-11-də Çempionlar Liqasındakı qarşılaşma ilə başlayacaq.
Avrokubokların 2018/19 mövsümünün tam təqvimi
|
2018 |
|
|
18 iyun |
İlkin mərhələlərinin püşkatması |
|
26 iyun |
ÇL-də 1-ci ilkin mərhələ |
|
28 iyun |
AL-də ilkin mərhələ, ilk oyunlar |
|
29 iyun |
ÇL-də 2-ci ilkin mərhələ |
|
2 iyul |
I və II təsnifat mərhələlərinin püşkatması |
|
5 iyul |
AL-də ilkin mərhələ, caavab oyunları |
|
10/11 iyul |
ÇL-də I təsnifat mərhələsi, ilk oyunlar |
|
12 iyul |
AL-də I təsnifat mərhələsi, ilk oyunlar |
|
17/18 iyul |
ÇL-də I təsnifat mərhələsi, cavab oyunları |
|
19 iyul |
AL-də I təsnifat mərhələsi, cavab oyunları |
|
24/25 iyul |
ÇL-də II təsnifat mərhələsi, ilk oyunlar |
|
26 iyul |
AL-də II təsnifat mərhələsi, ilk oyunlar |
|
27 iyul |
III təsnifat mərhələsinin püşkatması |
|
31 iyul/1 avqust |
ÇL-də II təsnifat mərhələsi, cavab oyunları |
|
2 avqust |
AL-də II təsnifat mərhələsi, cavab oyunları |
|
7/8 avqust |
ÇL-də III təsnifat mərhələsi, ilk oyunlar |
|
9 avqust |
AL-də III təsnifat mərhələsi, ilk oyunlar |
|
10 avqust |
Pley-off mərhələsinin püşkatması |
|
14/15 avqust |
ÇL-də III təsnifat mərhələsi, cavab oyunları |
|
16 avqust |
AL-də III təsnifat mərhələsi, cavab oyunları |
|
21/22 avqust |
ÇL-də pley-off mərhələsi, ilk oyunlar |
|
23 avqust |
AL-də pley-off mərhələsi, ilk oyunlar |
|
28/29 avqust |
ÇL-də pley-off mərhələsi, cavab oyunları |
|
30 avqust |
AL-də pley-off mərhələsi, cavab oyunları |
|
30 avqust |
ÇL-də qrup mərhələsinin püşkatması |
|
31 avqust |
AL-də qrup mərhələsinin püşkatması |
|
18/19 sentyabr |
ÇL-də qrup mərhələsi, I tur |
|
20 sentyabr |
AL-də qrup mərhələsi, I tur |
|
2/3 oktyabr |
ÇL-də qrup mərhələsi, II tur |
|
4 oktyabr |
AL-də qrup mərhələsi, II tur |
|
23/24 oktaybr |
ÇL-də qrup mərhələsi, III tur |
|
25 oktyabr |
AL-də qrup mərhələsi, III tur |
|
6/7 noyabr |
ÇL-də qrup mərhələsi, IV tur |
|
8 noyabr |
AL-də qrup mərhələsi, IV tur |
|
27/28 noyabr |
ÇL-də qrup mərhələsi, V tur |
|
29 noyabr |
AL-də qrup mərhələsi, V tur |
|
11/12 dekabr |
ÇL-də qrup mərhələsi, VI tur |
|
13 dekabr |
AL-də qrup mərhələsi, VI tur |
|
17 dekabr |
ÇL-də 1/8, AL-də 1/16 finalın püşkatması |
|
2019 |
|
|
12/13/19/20 fevral |
ÇL-də 1/8 final, ilk oyunlar |
|
14 fevral |
AL-də 1/16 final, ilk oyunlar |
|
21 fevral |
AL-də 1/16 final, cavab oyunları |
|
22 fevral |
AL-də 1/8 finalın püşkatması |
|
5/6/12/13 mart |
ÇL-də 1/8 final, cavab oyunları |
|
7 mart |
AL-də 1/8 final, ilk oyunlar |
|
14 mart |
AL-də 1/8 final, cavab oyunları |
|
15 mart |
1/4 finalın püşkatması |
|
9-10 aprel |
ÇL-də 1/4 final, ilk oyunlar |
|
11 aprel |
AL-də 1/4 final, ilk oyunlar |
|
16/17 aprel |
ÇL-də 1/4 final, cavab oyunları |
|
18 aprel |
AL-də 1/4 final, cavab oyunları |
|
19 aprel |
Yarımfinal və finalın püşkatması |
|
30 aprel/1 may |
ÇL-də 1/2 final, ilk oyunlar |
|
2 may |
AL-də 1/2 final, ilk oyunlar |
|
7 may/8 may |
ÇL-də 1/2 final, cavab oyunları |
|
9 may |
AL-də 1/2 final, cavab oyunları |
|
29 may |
AL-də final (Bakı) |
|
1 iyun |
ÇL-də final (Madrid) |
Qeyd edək ki, Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu da Azərbaycan futbolu tarixində ilkdir.
Oxşar xəbərlər
Yeni mövsümün təqvimi açıqlandı - Çempionlar Liqası
Klublarımız üçün avrokubokda 2021/22 mövsümünün təqvimi - SİYAHI
Çempionlar Liqası və Avropa Liqasında yeni mövsümün təqvimi - SİYAHI
Azərbaycan klubları avrokuboklarda mübarizəyə nə vaxt başlayacaq? - TƏQVİM
UEFA yeni avrokubok mövsümünün detallarını açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası