Millimizin İrlandiya sınağı
21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün növbəti oyununa çıxacaq.
Sportfm.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti rəqibimiz İrlandiya yığması olacaq.
5-ci qrupda keçiriləcək üç qarşılaşmadan biri olan İrlandiya ilə oyun səfərdə baş tutacaq.
Bu, millimizin Rəşad Sadıqovun rəhbərliyi altında ikinci seçmə oyunu olacaq. İlk ciddi sınağını martın 22-də Kosovo ilə səfər görüşündə verən Sadıqovun komandası 0:2 hesablı məğlubiyyətə düçar olub.
Bugünkü görüş gənclər millimizin seçmə mərhələdə 7-ci matçı olacaq. Əvvəlki 6 oyunda qələbə üzü görməyən və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komandamız xal hesabını artırmaq əzmindədi. Amma İrlandiyanın 10 xalla ikinci yeri bölüşməsi və liderliyə iddia etməsi işimizi çətinləşdirən amillərdəndi.
U-21 millimizin seçmə mərhələdə ilk qalibiyyətini əldə etməsi o qədər də inandırıcı görünməsə də, futbolçularımız ən azı Rəşad Sadıqovun rəhbərliyi altında ilk xalı qazanmağa cəhd etməlidilər.
Qeyd edək ki, qrupumuzun digər oyunlarında Kosovo Almaniyanı, İsrail isə Norveçi qəbul edəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
AVRO-2019-un seçmə mərhələsi
5-ci qrup
27 mart
22:30. İrlandiya - Azərbaycan
Baş hakim: Filip Qlova
Baş hakimin köməkçiləri: Peter Kovaç, Yan Pozor
Dördüncü hakim: Pavol Çmura (hamısı Slovakiya)
Dublin. "Tallaqt" stadionu
Turnir cədvəli
|
1. |
Almaniya |
6 |
5 |
0 |
1 |
23-6 |
15 |
|
2. |
Kosovo |
7 |
3 |
1 |
3 |
8-8 |
10 |
|
3. |
İrlandiya |
5 |
3 |
1 |
1 |
9-3 |
10 |
|
4. |
Norveç |
6 |
2 |
2 |
2 |
7-8 |
8 |
|
5. |
İsrail |
6 |
2 |
1 |
3 |
9-13 |
7 |
|
6. |
Azərbaycan |
6 |
0 |
1 |
5 |
3-21 |
1 |
Oxşar xəbərlər
100-ə 1 qala qol buraxdıq
Görəsən biz onları nə vaxtsa udacağıq?
Millimizin oyunçuları orda olarkən, gözyaşardıcı qazdan istifadə etdilər - FOTO
Azərbaycan yığması İrlandiya ilə heç-heçə etdi
U-21 millimiz irlandlara da yenildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası