Millimizin oyunçuları orda olarkən, gözyaşardıcı qazdan istifadə etdilər -FOTO
Kosova parlamentində Çernoqoriya ilə dövlət sərhədi ilə bağlı sazişin təsdiq edilməsi məsələsi müzakirə olunarkən radikal müxalif deputatlar gözyaşardıcı qaz püskürdüblər. Hadisə 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunu ərəfəsində baş verib.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisi mübarizə apardığı 5-ci seçmə qrupunda növbəti oyununda məhz bu ölkəyə səfər edir. Bu, millimizin ötən ilin sonunda baş məşqçi təyin olunan Rəşad Sadıqovun rəhbərliyi altında ilk seçmə oyunudu. Səfər sınağınadək yığmamızı bir neçə yoxlama matçına çıxaran 36 yaşlı çalışdırıcı ilk ciddi sınağını Balkan yarımadasında verəcək.
Qarşılaşma Kosovonun Mitrovitsa şəhərindəki Adem Yaşari Olimpiya stadionunda baş tutacaq. Bu matç gənclər millimizin seçmə mərhələdə 6-cı görüşü olacaq. Əvvəlki 5 oyunda qələbə nə olduğunu bilməyən və turnir cədvəlinin zirzəmisində vurnuxan komandamız xal hesabını artırmaq üçün çalışacaq.
5-ci qrupun autsayderi olan futbolçularımız yeni baş məşqçinin debütünə uğurlu nəticə bəxş edib, qalib gəlsə, turnir cədvəlindəki qonşusu ilə fərqi azaldacaq. Bu görüşdən 5 gün sonra İrlandiyada çətin sınağı olacaq Sadıqovun yetirmələri gücünü Bakıda qolsuz heç-heçə etdikləri balkanlılara rəqib meydanında göstərməlidi.
AVRO-2019-un seçmə mərhələsi
5-ci qrup
22 mart
22:00. Kosovo - Azərbaycan
Baş hakim: Donald Robertson
Baş hakimin köməkçiləri: Cordan Stokoe və Şon Karr
Dördüncü hakim: Nikolas Uolş (hamısı Şotlandiya)
Mitrovitsa. Adem Yaşari Olimpiya stadionu
|
1. |
Almaniya |
5 |
4 |
0 |
1 |
20-6 |
12 |
|
2. |
İrlandiya |
5 |
3 |
1 |
1 |
9-3 |
10 |
|
3. |
Norveç |
6 |
2 |
2 |
2 |
7-8 |
8 |
|
4. |
İsrail |
5 |
2 |
1 |
2 |
9-10 |
7 |
|
5. |
Kosovo |
6 |
2 |
1 |
3 |
6-8 |
7 |
|
6. |
Azərbaycan |
5 |
0 |
1 |
4 |
3-19 |
1 |
Oxşar xəbərlər
Millimizin İrlandiya sınağı
21 yaşlılarımız məğlub oldu
Yığmamızın oyununun vaxtı açıqlandı - Sadıqov rəsmi debüt edəcək
Samir Ələkbərovun “siftə”si: Biabırçılıq, yoxsa sensasiya?
U-21 millimiz irlandlara da yenildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası