reklam
Görəsən biz onları nə vaxtsa udacağıq?
Sportfm.az xəbər saytı

Görəsən biz onları nə vaxtsa udacağıq?


17 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunda iştirak edən Azərbaycan millisi növbəti oyununa çıxıb. 

Sportfm.az xəbər verir ki, yığmamız İrlandiya millisi ilə qarşılaşıb. Matç yığmamızın 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib. 

Bu, millimizin qrupda keçirdiyi ikinci oyun idi. Seçmə komandamız qrupda keçirdiyi ilk matçda meydan sahibi Almaniya yığmasına 0:5 hesabıyla uduzmuşdu. İrlandiya isə qrupdakı ilk qarşılaşmasında İslandiyaya uduzub - 1:2. 

U-17 qızlar Avropa çempionatı, elit-raund

25 mart 

İrlandiya - Azərbaycan 1:0

Qol: Boyle Karr, 47. 

Baş hakim: Meytar Şemeş (İsrail) 
Hakim köməkçiləri: May Moalem (İsrail), Anya Klimm (Almaniya)
Dördüncü hakim: Miriam Şveynefus (Almaniya) 
Qrafsvald. “Volksstadion”

Oxşar xəbərlər

Millimizin oyunlarının vaxtı açıqlandı
Finlandiya Azərbaycan yığmasına yerini göstərdi
İslandiya bizləri gözləyir
Qızlarımız almanlara məğlub oldu
Almaniya – Azərbaycan matçının vaxtı dəqiqləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər