reklam
U-21 millimiz irlandlara da yenildi
Sportfm.az xəbər saytı

U-21 millimiz irlandlara da yenildi


Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.

Sportfm.az xəbər verir ki, Azərbaycan millisi İrlandiya yığmasını qəbul edib. Qrupda keçirdiyi ilk oyunda İsrailə məğlub olan (1:3) yığmamız irlandlarla ev oyununda xal qazanmağı hədəfləmişdi. Səfər oyununda azlıqda qalan rəqibə məğlub olan Yaşar Vahabzadənin yetirmələri tənqid hədəfinə çevrilmişdi. U-21 millimiz seçmə mərhələdə ilk ev oyununda xal qazanmaqla, azarkeşlər qarşısında bəraət almağa ümid edirdi. Amma komandamız yenə meydanı məğlub tərk etməli olub.

Qrupun digər oyunlarında isə Almaniya Kosovanı, Norveç isə İsraili qəbul edəcək.

U-21 AÇ-2019-un seçmə mərhələsi

5 sentyabr

Azərbaycan - İrlandiya 1:3

Qol: Mədətov, 12 - Manninq, 9; 37. Qreqo-Koks, 51.

Qırmızı vərəqə: Elnur Cəfərov, 52.

Baş hakim: Şandor Sabo
Baş hakimin köməkçiləri: Peter Kobor, Balaş Sert
Dördüncü hakim: Balaş Berke (hamısı Macarıstan)
Bakı. “Dalğa Arena

Oxşar xəbərlər

Millimiz son oyununu keçirəcək - Avropa çempionatı
Millimiz mübarizəyə başlayır - Avropa çempionatı
Millimizin İrlandiya sınağı
Yığmamız ilk xalını qazandı
Yığmamız İrlandiyaya qarşı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər