reklam
Samir Ələkbərovun “siftə”si: Biabırçılıq, yoxsa sensasiya?
Sportfm.az xəbər saytı

Samir Ələkbərovun “siftə”si: Biabırçılıq, yoxsa sensasiya?


Sabah 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar baş tutacaq.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, V qrupda çıxış edən Azərbaycan millisi AVRO-2019-da üçüncü matçını keçirəcək.

Turnirə uğursuz başlayan yığmamız Almaniya ilə görüşəcək. Qarşılaşma Kotbus şəhərində təşkil olunacaq.

Bu oyun yığmamız üçün Samir Ələkbərovun debütü ilə əlamətdar olacaq. İki məğlubiyyətlə başlayan tsiklin gedişində istefaya göndərilən Yaşar Vahabzadəni əvəzləyən 49 yaşlı çalışdırıcı karyerasında ilk dəfə yığmaya rəhbərlik edəcək.

İndiyədək heç bir millimizin baş məşqçisi olmayan Ələkbərov debütdə xal arzusunda olsa da, komandamız ən çətin səfərə yollanıb. Çıxış etdiyi bütün yarışlarda favoritlərdən olan Almaniya bu tsikldə bir oyun keçirdiyindən turnir cədvəlinin ortalarında qərarlaşıb. Lakin 100 faizlik nəticəsi olan Bundestimin yığmamızla qarşılaşmada da qələbəyə kökləndiyini əminliklə söyləmək olar. Bir neçə ay əvvəl U-21-lər arasında Avropa çempionu titulunu qazanan Almaniya növbəti tsikldə də qələbələri sıralamaqda iddialıdı.

Bu üzdən də ən zəif futbol yığmamız olan U-21-dən möcüzə gözləmək də inandırıcı deyil. Amma ən azı baş məşqçinin "siftə"sini korlamamaq üçün futbolçular bu möcüzə üçün mübarizə aparmalıdı. İsrail və İrlandiyaya eyni 1:3 hesabı ilə uduzan komandamızın üçün Kotbusda böyükhesablı yenilgi ilə üzləşməsi də istisna deyil. Növbəti matçını da bu rəqiblə, amma Bakıda keçirəcək millimiz iddialı rəqibi iki oyundan birində büdrətməsi də uğur sayılacaq.

Qeyd edək ki, Almaniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi
V qrup
6 oktyabr
21:00. Almaniya - Azərbaycan
Baş hakim: Vilyalmur Torarinsson
Baş hakimin köməkçiləri: Qilfi Mar Siqurdsson, Frosti Vidar Qunnarsson
Dördüncü hakim: Toroddur Hyaltalin
Kotbus. "Frendşaft" stadionu

Oxşar xəbərlər

Yığmamız ilk xalını qazandı
Gənclərimiz pərən-pərən
Almaniya yığmamızı darmadağın etdi
Azərbaycan - Almaniya matçının məkanı dəqiqləşdi
U-21 millimiz irlandlara da yenildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər