"Qaliblərlə mübarizə aparmaq mənim üçün çox çətin oldu" -Fərid İslamov
Simulyatorda Formula 1 çempionatının region mərhələlərinin qalibləri ilə mübarizə aparmaq mənim üçün çox çətin oldu. Qubada keçirilən ilk yarışda bu qədər həyəcan və çətinlik yaşamamışdım.
Sportfm.az xəbər verir ki, bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkil etdiyi “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula 1 çempionatının qalibi Quba şəhər 7 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Fərid İslamov deyib.
Qubalı məktəbli bildirib ki, final yarışından əvvəl keçirilmiş sınaq yürüşlərində iştirak edərək çempionatın həlledici mərhələsinə ciddi hazırlaşdım. Rəqiblərimi qabaqlayaraq regionların çempionu adını qazandığım üçün çox sevincliyəm. “Bu çempionat mənə çox şey qazandırdı. Həm yol hərəkəti qaydaları haqqında məlumatlandırdı, həm də avtoidmana, xüsusən də Formula 1-ə böyük maraq və həvəs oyatdı. Bundan başqa, yarışdan bir gün əvvəl Bakıda bir sıra görməli yerlərdə, o cümlədən İçərişəhərdə və Heydər Əliyev Mərkəzində olduq, paytaxtımızı daha yaxından tanıdıq. Fürsətdən istifadə edərək bizə bu gözəllikləri yaşatdıqları üçün təşkilatçılara dərin minnətdarlığımı bildirirəm”, - deyə F.İslamov əlavə edib.
Oxşar xəbərlər
Bakıda veloyürüş keçirildi
Böyük Britaniya 5 il “Formula 1”ə ev sahibliyi edəcək
Formula 1 uşaqlar üçün təlim keçirdi - FOTO
Formula 1 çempionatına yekun vuruldu - VİDEO
Formula 1 çempionatında daha bir yarışın qalibi müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası