reklam
Tanrıverdi özünü saxlaya bilmədi, ziyana düşdü
Sportfm.az xəbər saytı

Tanrıverdi özünü saxlaya bilmədi, ziyana düşdü


AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, tədbirdə "Kəpəz" - "Keşlə" matçında baş verənlər də müzakirə edilib. 

Topaz Premyer Liqasının XXII turunun “Kəpəz” – “Keşlə” matçında “Keşlə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40). Oyunun 26-cı dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

I Divizionun XXII turunun “Şüvəlan” – “Sabah” matçının 66-cı dəqiqəsində “Sabah” klubunun 55 №-li futbolçusu Əziz Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XXII turunun “Xəzər” – “MOİK” matçının 90+4-cü dəqiqəsində “Xəzər” klubunun 20 №-li futbolçusu Tanrıverdi Məhərrəmli təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1).

I Divizionun XXII turunun “Mil-Muğan” – “Qaradağ Lökbatan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

Oxşar xəbərlər

Cavidin cəzası açıqlandı
Allahquliyev aqressiv davrandı, komandasını ziyana saldı
"Kəpəz" 2400 manat cərimə olundu
"Turan Tovuz" və "Neftçi" cərimə olundu
Azarkeşləri "Qarabağ"ı ziyana saldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər