Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Admira”nın idman direktoru: "Hesab daha böyük olmalı idi"
"Komandamız çox yaxşı oyun nümayiş etdirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Admira” klubunun idman direktoru Ernst Baumeyster deyib. Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində dünən "Kəpəz”lə qarşılaşan Avstriya təmsilçisi 1:0 hesablı qələbəyə sevinib. Matçdan sonra Baumeyster yerli mətbuata açıqlamasında görüşlə bağlı fikirlərini bölüşüb. O bildirib ki, hesab arasındakı fərq daha böyük olmalı idi: "90 dəqiqə ərzində göstərdiyimiz oyun qənaətbəxş oldu. Ancaq axtardığımız 2-ci və 3-cü qolları vura bilmədik. Nə qədər çalışsaq da, bu olmadı. Halbuki, qol vəziyyətlərindən maksimum faydalanmalıydıq. Bunu bacarmamağımız məni təəccübləndirdi. Amma əsas məqsədimiz qələbə qazanmaq idi. Cavab görüşü üçün uzun məsafə qət etməli olacağıq”.
Qeyd edək ki, "Kəpəz” və "Admira” arasındakı cavab qarşılaşması iyulun 20-də "Dalğa Arena”da keçiriləcək.
Oxşar xəbərlər
“Lill” kimi komandanı keçməklə gücümüzü göstərdik”
"Qəbələ" ciddi və aqressiv rəqibdir"
Avropa Liqası: “Kəpəz” mübarizəni dayandırdı - VİDEO
Avropa Liqası: "Admira" - “Kəpəz” 1:0 - VİDEO
"Kəpəz" yaxşı komandadır, ancaq biz uğur qazana bilərik - rəqibin məşqçisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Şahdağ Qusar” “Cəbrayıl”la bərabərə qaldı - I Liqa
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa















Misli Premyer Liqası