reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" ciddi və aqressiv rəqibdir"


"Qəbələ” ciddi yanaşmağı tələb edən komandadı. Rəqibimiz aqressiv oyuna üstünlük verir”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Lill” klubunun futbolçusu Erik Boteak deyib. Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ” ilə qarşılaşacaq fransalılar hazırlıqlarını davam etdirirlər. Klubun saytına açıqlama verən Boteak "Qəbələ” barədə fikirlərini bildirib. O qeyd edib ki, Azərbaycan təmsilçisi ilə oyunlar onlar üçün heç də asan olmayacaq: "Növbəti mərhələyə keçmək üçün "Qəbələ” ilə hər iki matçı yaxşı keçirmək lazımdı. Hazırlığımızı məhz bu istiqamətdə davam etdiririk. Bizim üçün avrokubok macərası gələn həftədən başlayır. Real gücümüzü orda görəcəyik. Odu ki, güclü olmalıyıq”.
 
29 yaşlı yarımmüdafiəçi yeni mövsümə fiziki cəhətdən tam hazır olduqlarını əlavə edib: "Son yoxlama matçında "Beveren” üzərində qələbə (1:0) qazandıq. Bu, bizim üçün çox yaxşı oldu, özünəinam hissimizi bir qədər də artırdı. Dediyim kimi, gələn həftə avrokubokda rəsmi oyuna çıxacağıq. Buna hazırlıqlı olmalıyıq. Baş məşqçinin tərtib etdiyi proqramdan sonra fiziki hazırlığımız daha da yaxşılaşıb. Son yoxlama matçı da bunu təsdiqlədi”.
 
Qeyd edək ki, "Lill”in "Qəbələ” ilə ilk oyunu iyulun 28-də Fransada keçiriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması isə 1 həftə sonra Bakıda baş tutacaq. 

Oxşar xəbərlər

Tural Qürbətov: “Hər şey özümüzdən asılıdır”
"Qəbələ"nin futbolçusu: "Həyatım boyu bunun üçün çalışmışdım" - VİDEO
“Lill” kimi komandanı keçməklə gücümüzü göstərdik”
"CBC Sport"un "Lill" - "Qəbələ" oyunu ilə bağlı bəyanatı
“Lill” – “Qəbələ” oyununun başlama vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər