reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"a keçməkdən imtina edən futbolçu kimə borcludur?....ÖZƏL


"Xəzər Lənkəran"ın varlığına son qoyulduqdan sonra komandanın heyətində yer alan gənc futbolçular digər klublara üz tutdular. Onlardan biri müdafiəçi, 17 yaşlılardan ibarət yığmamızın üzvü Yusif Həsənovdur. "İnter"lə 3 illik müqavilə imzalayan futbolçu Sportfm.az saytının suallarını cavablandırıb.
- Yusif "İnter"dən başqa sənin transferində maraqlı olan komanda vardımı?  
- Paytaxt komandasından başqa "Qarabağ", "Zirə" və "Qəbələ" mənimlə müqavilə bağlamaq istəyirdi. Ancaq mən "İnter"i seçdim. Gələcək karyeram üçün buranı məsləhət bildim.  
- "İnter"də güclü rəqabət var, sənə heyətdə möhkəmlənmək çətin olmayacaq?  
- Bu yola çıxmışamsa çətinlikdən qorxmamalıyam. Hədəfim çox çalışıb, əsas komandanın heyətində yer almaqdır. Heyətin daimi üzvlərindən birinə çevrilmək istəyirəm.  
- Azərbaycan futbolunda xüsusi yeri olan, doğma klubun "Xəzər Lənkəran"ın dağılmasını necə qarşıladın?  
- Çox heyif ki, elə klub dağıldı. Xəbəri eşidəndə uzun müddət özümə gələ bilmədim. Bizim futbolçu kimi formalaşmağımızda, milli komandada çıxış etməyimizdə "Xəzər Lənkəran"ın müstəsna rolu oldu. Bu gün burdayamsa, bunu cənub klubuna borcluyam. Mənə futbolda hər şeyi "Xəzər Lənkəran" verib.  
- Sabiq komanda yoldaşın Elnur Cəfərov Portuqaliyaya yollandı.  
- Elnur istedadlı futbolçudur. İnanıram ki, orada daim oynayıb, nəyə qadir olduğunu sübuta yetirəcək. Gələcək illərdə belə bir şansım olsa, məndə xaricdə futbol oynamaq istəyərdim. 
 
Qeyd edək ki, artıq gənc futbolçu sosial şəbəkədə yeni komandasının forması ilə şəklinidə paylaşıb. 

Oxşar xəbərlər

"Xəzər Lənkəran" 120 min avro qazandı
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Super Liqada
Sabiq "Xəzər Lənkəran"lı Türkiyə klubunda
“Xəzər Lənkəran” bərpa olunarsa, geri dönərəm...ÖZƏL
Sabiq “Xəzər Lənkəran”lı paytaxt klubuna baş məşqçi təyin olundu - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər