reklam
Sportfm.az xəbər saytı

"Xəzər Lənkəran" 120 min avro qazandı


UEFA tərəfindən "Xəzər Lənkəran” üçün ayrılan məbləğ klubun hesabına köçürülüb.
 
Sportfm.az xəbər verir ki, üzvləri milli komandalarda çıxış edən cənublular 120 min 583,68 avro qazanıb.
Yığmalarda çıxış edən futbolçulara görə klublara ödənilməsi üçün vəsait xeyli əvvəl AFFA-nın hesabına köçürülmüşdü. Lakin UEFA tərəfindən ayrılmış vəsaitlə bağlı AFFA tərəfindən UEFA-ya sorğu göndərilmiş və burada "Xəzər Lənkəran” klubunun ödənişi ilə əlaqədar UEFA-nın tövsiyəsinə ehtiyac duyulduğu əksini tapmışdı.
Artıq UEFA sorğunu cavablandırıb. AÇ-2016-nın seçmə mərhələsində "Xəzər Lənkəran”a məxsus futbolçuların millidə çıxışına görə ayrılan məbləğ UEFA-nın tövsiyəsinə əsasən müvafiq qaydada AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
Eyni zamanda, "Xəzər Lənkəran” klubu AFFA və PFL-ə olan borcunu ödəyəcək.

Oxşar xəbərlər

UEFA klublarımıza ödəniş etdi
UEFA-dan cavab gəldi: “Xəzər Lənkəran”ın vəsaiti ödənilsin
Klublarımızın avrokuboklardakı gəliri açıqlandı
UEFA “Qəbələ”yə pul ayırdı
"Qarabağ" və "Qəbələ" üçün 376 min avro

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər