reklam
Bolt xeyriyyə futbol matçında iştirak edəcək
Sportfm.az xəbər saytı

Bolt xeyriyyə futbol matçında iştirak edəcək


Səkkizqat Olimpiya çempionu, sprinter Useyn Bolt xeyriyyə futbol matçında iştirak edəcək.

Sportfm.az xəbər verir ki, oyun iyunun 10-da Mançester şəhərindəki “Old Trafford” stadionunda keçiriləcək.

Matçda məşhurlardan və veteran futbolçulardan ibarət iki komanda mübarizə aparacaq. Oyundan yığılan gəlir UNICEF-in hesabına köçürüləcək.

Oyunun təşkilatçısı məşhur müğənni Robbi Uilyams və televiziya aparıcısı Conatan Uilksdir.

Qeyd edək ki, bir müddət əvvəl otuz bir yaşlı Bolt peşəkar futbol karyerasına başladığını açıqlamışdı. Artıq idmançı Cənubi Afrika Respublikasının “Mamelodi Sandaunz” komandası ilə müqavilə imzalayıb.

Oxşar xəbərlər

Useyn Bolt koronavirusa yoluxdu - ŞOK
Useyn Bolt ilk məşqinə çıxdı - FOTO
Bolt Avstraliyada futbolçu karyerasına başlayacaq - FOTO
Bolt hamını aldatdı - Yalançılıqla məşğuldur
Bolt arzusuna çatır - futbolçu olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər