Bolt Avstraliyada futbolçu karyerasına başlayacaq - FOTO
Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt Avstraliyada futbolçu karyerasına başlaya bilər.
Sportfm.az xəbər verir ki, 32 yaşlı yamaykalı sprinter 6 həftəlik baxış üçün Avstraliyanın yüksək dəstəsində çıxış edən “Sentral Kost Mariners” komandasının düşərgəsinə yollanacaq.
Məşqlərdə özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə, Boltla bir mövsümlük müqavilə bağlanılacaq.
Qeyd edək ki, 2017-ci il dünya çempionatından sonra sprinter karyerasını başa vuran Bolt daha əvvəl Almaniyanın “Borussiya” (Dortmund) və Norveçin “Strömsqodset” klublarının məşqlərinə qatılıb. O, skandinaviyalıların gənclər komandasının heyətində bir yoxlama matçında da iştirak edib. Yamaykalı atletin bir müddət öncə Cənubi Afrika Respublikasının “Mamelodi Sandaunz” klubu ilə müqavilə bağladığı da bildirilirdi. (report)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |