Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
DÇ-2018-in seçmə mərhələsində nə qədər gəlib əldə edilib? -UEFA açıqladı
UEFA 2018-ci il dünya çempionatının seçmə mərhələsinin təşkilindən 1 milyard avro gəlir əldə edib.
Sportfm.az xəbər verir ki, bu barədə UEFA-nın maliyyə direktoru Jozef Koller qurumun Slovakiyanın paytaxtı Bratislavada keçirilən 42-ci Konqresində deyib.
O bildirib ki, Avropa futbol qurumunun gəlirləri 2016-2017 mövsümündə 2,8 milyard avro təşkil edib:
"Gəlirlərimiz 6 faiz artıb və ümumi məbləğ 2,8 milyard avro alınıb. Məbləğin 85 faizi milli assosiasiyalar arasında bölüşdürülüb. Nəticədə UEFA-nın təmiz qazancı 209 milyon avro olub".
Qeyd edək ki, dünya çempionatı 14 iyun - 15 iyulda Rusiyada keçiriləcək. UEFA-nın maliyyə ili iyulun 1-dən iyunun 30-dək nəzərdə tutulub.
Oxşar xəbərlər
Avropa klubları 7 milyard avro itirdi - Maliyyə hesabatı
Klubların ümumi gəlir itkisi açıqlandı - UEFA
Ən çox gəlir əldə edən klubların adları açıqlandı
10 ildə transferə ən çox pul xərcləyən klublar - SİYAHI
Son mövsümdə ən çox gəlir əldə edən klub hansıdır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası