reklam
Futzal yığmamızın baş məşqçisi cəzadan qaça bilmədi
Sportfm.az xəbər saytı

Futzal yığmamızın baş məşqçisi cəzadan qaça bilmədi


Sportfm.az xəbər verir ki, İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
19 fevral 2018-ci il, 2017/2018 mövsümündə, Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVI turunun “Kəpəz” – “Keşlə” matçında “Keşlə” klubunun 77 №-li futbolçusu Oleq Hüseynov rəqib futbolçuya qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 800 manat cərimə olunub (maddə 42.1). 
15 fevral 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XIV turunun “Turan Tovuz” – MOİK matçında “MOİK” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub  (maddə 40).         
15 fevral 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XIV turunun “Xəzər” – “Sabah” matçında 83-cü dəqiqəsində “Sabah” klubunun 3 №-li futbolçusu Şirməmməd Məmmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub (maddə 48). 
18 fevral 2018-ci il, Regional Liqasının, “Ümid” (Bakı) – “Şağan” (Bakı) matçının 60-cı dəqiqəsində “Şağan” klubu meydanı özbaşına tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 53). 
17 fevral 2018-ci il, Regional Liqasının, “Gənclik” (Sabirabad) – “Neftçala” (Neftçala) matçının 75-ci dəqiqəsində “Gənclik” klubunun 7 №-li futbolçusu Amid Zeynalov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1). 
18 fevral 2018-ci il, Regional Liqasının, “Şirvan” (Ağdaş) – “Kürmük” (Qax) matçının 81-ci dəqiqəsində “Şirvan” klubunun 10 №-li futbolçusu Şahin Cəfərov aqresiv davranış, rəqibə bilərəkdən zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb(maddə 38.3). 
Oyunun 90+1-ci dəqiqəsində “Şirvan” klubunun 4 №-li futbolçusu Teymur Həbibov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48). 
17 fevral 2018-ci il, Regional Liqasının, “Xəmsə” (Gənclik) – “Şəmkir” (Şəmkir) matçının 81-ci dəqiqəsində “Xəmsə” klubunun 4 №-li futbolçusu Asif Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48). 
14 fevral 2018-ci il, Gənclər Liqasının, “Zirə” – “Qəbələ” matçının 67-ci dəqiqəsində “Zirə” klubunun 20 №-li futbolçusu Rahid Ağazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1). 
12 fevral 2018-ci il, Bakcel U-17 Liqasının, “Kəpəz” – “Xəzər Lənkəran” matçının 89-cu dəqiqəsində “Kəpəz” klubunun 10 №-li futbolçusu Nicat Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48). 
19 fevral 2018-ci il, Bakcel U-17 Liqasının, “Qarabağ” – “Neftçi” İK İB matçının 89-cu dəqiqəsində “Neftçi” İK İB klubunun 10 №-li futbolçusu Aqşin Eyyubov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48). 
15 fevral 2018-ci il, U-16 Liqasının, “Keşlə” – “Zirə” matçının 63-cü dəqiqəsində “Zirə” klubunun 22 №-li futbolçusu Rüstəm Rüstəmov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1). 
15 fevral 2018-ci il, U-16 Liqasının, “Vətən” – “Turan” matçının 37-ci dəqiqəsində “Turan” klubunun 11 №-li futbolçusu Mirxan Hümmətov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48). 
17 fevral 2018-ci il, Boulevard Hotel U-15 Liqasında, “Zirə” – “Neftçi” matçının 65-ci dəqiqəsində “Neftçi” klubunun 1 №-li futbolçusu Polad Mirzəyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48). 
11 fevral 2018-ci il, U-10 Liqasında, “Göyçə” (Bakı) – “Təhsil” FM (Bakı) matçında “Göyçə” komandasanın iştirak etməməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 56). Bu hall 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırırlır. 
18 fevral 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “VİPEK” – “Obolon” İK matçının 10-cu dəqiqəsində “VİPEK” klubunun 21 №-li futbolçusu Fuad Rzayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48). 
18 fevral 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Ulduz” – “LSS” matçının 44-cü dəqiqəsində “Ulduz” klubunun 8 №-li futbolçusu Fuad Kişiyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
Qeyd edək ki, "VİPEK"-in heyətində cəzalanan Fuad Rzayev futzal üzrə U-17 yığmamızın baş məşqçisidir. 
 
 

Oxşar xəbərlər

Futzalçı 3 oyun cəzalandı
"Hicran"ın baş məşqçisinə ağır cəza
Klub rəhbəri rəqibi təhqir etdi, 5 oyunluq cəzalandı - Azərbaycanda
"Kəpəz" 2400 manat cərimə olundu
"Turan"ın futbolçusu aqressiv davrandı, 3 oyunluq cəzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər