"Turan"ın futbolçusu aqressiv davrandı, 3 oyunluq cəzalandı
Sportfm.az saytı AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasından sonra qəbul etdiyi qərarları diqqətinizə çatdırır:
7 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun II turunun “Xəzər” – “Turan Tovuz” matçında “Xəzər” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
8 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun II turunun “Şüvəlan” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 79-cu dəqiqəsində “Şüvəlan” klubunun 5 №-li futbolçusu Vadim Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
8 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun II turunun “Mil-Muğan” – “Binə” matçının 90+3-cü dəqiqəsində “Binə” klubunun 5 №-li futbolçusu Kamil Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
4 oktyabr 2017-ci il, Gənclər Liqasında, “İnter” – “Kəpəz” matçının 74-cü dəqiqəsində “İnter” klubunun 14 №-li futbolçusu Faiq Kərimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
8 oktyabr 2017-ci il, Bakcell U-17, “Zirə” – “Qarabağ” matçının 45-ci dəqiqəsində “Zirə” klubunun 99 №-li futbolçusu Allahyar İsgəndərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
5 oktyabr 2017-ci il, U-16 Liqasında, “Neftçi” – “İnter” matçının 45-ci dəqiqəsində “İnter” klubunun 12 №-li futbolçusu Ağa Ağayev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 38.2).
9 oktyabr 2017-ci il, Boulevard Hotel U-15 Liqasında, “Səbail” – “Turan” matçı başa çatdıqdan sonra “Turan” klubunun 12 №-li futbolçusu Elgün Bayramov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 38.2).
7 oktyabr 2017-ci il, Boulevard Hotel U-15 Liqasında, “Kəpəz” – “İnter” matçının 68-ci dəqiqəsində “Kəpəz” klubunun 10 №-li futbolçusu
Ümid Səmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
7 oktyabr 2017-ci il, Coca-Cola U-13 Liqasında, TİM (Gəncə) – “Kəpəz” matçının 36-ci dəqiqəsində “Kəpəz” klubunun 11 №-li futbolçusu Araz Əsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
7 oktyabr 2017-ci il, Coca-Cola U-13 Liqasında, UGİM Xolmilli (Lənkəran) – UGİM (Lənkəran) matçının 24-cü dəqiqəsində UGİM (Lənkəran) klubunun 7 №-li futbolçusu Kənan Məmmədzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
7 oktyabr 2017-ci il, Coca-Cola U-13 Liqasında, “Şirvanovka” (Qusar) – UGİM (Xaçmaz) matçının 13-cü dəqiqəsində “Şirvanovka” klubunun 4 №-li futbolçusu Şakir Bədağayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
8 oktyabr 2017-ci il, U-10 Liqasında , UGİM Gənclərbirliyi – “Təbriz” TİM matçında UGİM Gənclərbirliyi komandasının heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
Oxşar xəbərlər
Gəncəli futbolçu aqressiv davrandı - iki oyun cəzalandı
"Kəpəz" 2400 manat cərimə olundu
“İsgəndər Cavadov”un futbolçusu aqressiv davrandı, 2 oyun cəzalandı
Gəncə klubu meydana 10 nəfərlə çıxdı, texniki məğlubiyyət aldı
AFFA "Mançester Yunayted"in futbolçusunu cəzalandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası