reklam
Böyükağa Hacıyev nə vaxt evə buraxılacaq? -
Sportfm.az xəbər saytı

Böyükağa Hacıyev nə vaxt evə buraxılacaq? -Məlum oldu


AFFA Məşqçilər Komitəsinin üzvü, "Bakı" və "Neftçi" klublarının sabiq baş məşqçisi Böyükağa Hacıyev müalicə aldığı Mərkəzi Klinik Xəstəxanadan bu gün evinə buraxılacaq. 

Sportfm.az xəbər verir ki, bu barədə report-a xəstəxananın Kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimov məlumat verib. O bildirib ki, artıq B.Hacıyevin vəziyyətində sabitlik yaranıb: "Böyükağa müəllim xəstəxanamıza çox ağır diaqnozla daxil olmuşdu. Buna baxmayaraq, onun ürəyinə iki stend qoyaraq, vəziyyətində stabillik yarada bildik. Artıq hərəkətliliyi var, çətinliklə də olsa, danışa bilir. Sadəcə, əvvəlcədən başqa xəstəliyi də olduğu üçün onun müalicəsini də davam etdirməlidir. Bu məqsədlə biz pasiyentimizi evinə yazacağıq və o, həmin xəstəliyini öz həkimlərinin yanında davam etdirəcək".   

Qeyd edək ki, Böyükağa Hacıyev Mərkəzi Klinik Xəstəxanaya fevralın 7-də kardiogen şok vəziyyətində yayılmış infarkt diaqnozu ilə daxil olub. Onun ürəyinə iki stend qoyulub. B.Hacıyevin beynində şiş olduğu üçün həkim nəzarəti altında olması zəruridir.    

Oxşar xəbərlər

"Böyükağa Hacıyevin səhhətində heç bir dəyişiklik yoxdur" - Vaqif Sadıqov
"Yayılan xəbərlər həqiqəti əks etdirmir" - Böyükağa Hacıyevin oğlu
Böyükağa Hacıyevin səhhətindən xəbər var
İnfarkt keçirən Böyükağa Hacıyevin əməliyyatdan sonrakı halı - FOTO
Mərkəzi Klinik Xəstəxana Böyükağa Hacıyevin vəziyyəti ilə bağlı açıqlama verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər