Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Yayılan xəbərlər həqiqəti əks etdirmir" -Böyükağa Hacıyevin oğlu
AFFA Məşqçilər Komitəsinin üzvü, "Bakı" və "Neftçi" klublarının sabiq baş məşqçisi Böyükağa Hacıyev müalicə aldığı Mərkəzi Klinik Xəstəxanadan bu gün evinə buraxılacağı ilə bağlı xəbər doğrulanmayıb.
Bu barədə Sportfm.az saytına mütəxəssisin oğlu Yusif Hacıyev məlumat verib. Onun sözlərinə görə, mətbuatda Böyükağa müəllimin bu gün evə buraxılacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:"Bu tamamilə yalnış məlumatdır. Hətta həkimlərin məsləhəti ilə onun başqa klinikaya köçürülməsi belə təxirə salınıb. Düzdür, hazırda vəziyyəti nisbətən sabitdir. Ancaq yenə mütləq şəkildə xəstəxanada həkim nəzarəti altında olmalıdır. Çünki beynindəki problemlər ürəyini daim risk altında saxlayır".
Qeyd edək ki, Böyükağa Hacıyev Mərkəzi Klinik Xəstəxanaya fevralın 7-də kardiogen şok vəziyyətində yayılmış infarkt diaqnozu ilə daxil olub. Onun ürəyinə iki stend qoyulub. B.Hacıyevin beynində şiş olduğu üçün həkim nəzarəti altında olması zəruridir.
Oxşar xəbərlər
Böyükağa Hacıyevin vəziyyəti ağırlaşdı
"Böyükağa Hacıyevin səhhətində heç bir dəyişiklik yoxdur" - Vaqif Sadıqov
Böyükağa Hacıyev nə vaxt evə buraxılacaq? - Məlum oldu
İnfarkt keçirən Böyükağa Hacıyevin əməliyyatdan sonrakı halı - FOTO
Mərkəzi Klinik Xəstəxana Böyükağa Hacıyevin vəziyyəti ilə bağlı açıqlama verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası