reklam
Futzal Federasiyasının prezidenti Rikardinyonu itələdi - Portuqaliya tərəfi etiraz etdi -
Sportfm.az xəbər saytı

Futzal Federasiyasının prezidenti Rikardinyonu itələdi - Portuqaliya tərəfi etiraz etdi -


Futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində Azərbaycan və Portuqaliya yığmaları arasında keçirilən oyunda xoşagəlməz hadisə yaşanıb. 

Sportfm.az xəbər verir ki, qarşılaşmanın 29-cu dəqiqəsində rəqib komandanın kapitanı Rikardinyoya qarşı edilən kobudluq zamanı hakim qayda pozuntusu qeydə alıb. Ancaq həmin an gözlənilmədən texniki zonada oturan Azərbaycan Futzal Federasiyasının(AFF) prezidenti Zaur Axundov ulduz futzalçının üzərinə yürüyüb. O, Rikardinyonu itələməkdən belə çəkinməyib. Rəqibin kapitanı Axundovun bu hərəkətini cavabsız qoymayıb. Hadisəyə müdaxilə edən hər iki komandanın üzvləri münaqişənin böyüməsinin qarşısını ala bilib. Federasiya prezidenti texniki zonanı tərk edib. Oyundan sonra Portuqaliya yığmasının nümayəndələri UEFA rəsmilərinə hadisə ilə bağlı etirazlarını bildiriblər. 

Qeyd edək ki, yığmamız bu oyunda 1:8 hesabıyla uduzaraq, AÇ-2018-lə vidalaşıb. Rikardinyo isə bu oyunda 4 qola imza atıb.

 

 

 

Oxşar xəbərlər

Futbol Federasiyasının yeni prezidenti Axundov oldu - FOTO
Federasiya prezidenti milli komanda ilə görüşdü
Futzal AÇ-2018: Portuqaliya Avropa çempionudur
Rikardinyo Zaur Axundovla insidentdən danışdı: Qarşılaşmadan sonra bildim ki... EKSKLÜZİV
Futzal üzrə AÇ-2018: Yığmamız darmadağın oldu - Portuqaliya Rusiya ilə oynayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər