reklam
Millimiz hazırlığa başlayır -
Sportfm.az xəbər saytı

Millimiz hazırlığa başlayır -Düşərgəyə 23 idmançı cəlb edilib


Kişi boksçulardan ibarət Azərbaycan millisi fevralın 4-də təlim-məşq toplanışına start verəcək.

Sportfm.az xəbər verir ki, komandamızın baş məşqçisi Leonid Loivski hazırlığa 23 boksçu cəlb edib. Bunlar ölkə çempionatının finalçıları, həmçinin həlledici görüşdə döyüşməyən, lakin öz çıxışları ilə məşqçilər korpusunun diqqətini cəlb edən idmançılardır. Bakıda, Boks Mərkəzində təşkil olunacaq məşqlər fevralın 16-dək davam edəcək.

Toplanış Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək “Strandja” turnirinə hazırlıq məqsədi daşıyır. Bu yarış fevralın 18-dən 26-dək keçiriləcək.

Oxşar xəbərlər

Olimpiya kompleksi də işə yaradı - hazırlıq başladı
Millimiz ilin ilk təlim-məşq toplanışına start verdi
Yığmamızın beynəlxalq turnir üçün heyəti açıqlandı
Boks yığmamızın beynəlxalq turnir üçün heyəti açıqlandı
“Strandja” turnirində 7 idmançımız sınaqdan keçəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər