reklam
Millimiz ilin ilk təlim-məşq toplanışına start verdi
Sportfm.az xəbər saytı

Millimiz ilin ilk təlim-məşq toplanışına start verdi


Kişi boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib.

Sportfm.az xəbər verir ki, baş məşqçi Vaqif Şirinov hazırlığa 26 nəfər dəvət edib. Bunlar ölkə çempionatının finalçıları, həmçinin həlledici görüşə vəsiqə qazanmayan, lakin öz çıxışları ilə məşqçilər korpusunun diqqətini cəlb edən boksçulardır.

Göygöldə təşkil olunan toplanış yanvarın 27-də başa çatacaq. Məşqlərdə əsas diqqət funksional hazırlığa yönələcək.

Qeyd edək ki, təlimlər fevralda Rusiyada keçiriləcək yoldaşlıq görüşlərinə və Bolqarıstanda baş tutacaq beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır.

Oxşar xəbərlər

Toplanış davam edir
Olimpiya kompleksi də işə yaradı - hazırlıq başladı
Yığmamız yeni baş məşqçi ilə hazırlığa başladı
Millimiz ilk təlim-məşq toplanışını başa vurdu
Millimiz hazırlığa başlayır - Düşərgəyə 23 idmançı cəlb edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər