reklam
Azərbaycan çempionu avrokubokla vidalaşdı
Sportfm.az xəbər saytı

Azərbaycan çempionu avrokubokla vidalaşdı


Bu gün kişi voleybolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinin oyunları keçirilir.

Sportfm.az xəbər verir ki, Azərbaycan çempionu “Lokomotiv” mərhələnin cavab qarşılaşmasında Yunanıstan “Olimpiakos”unu qəbul edib.

Səfərdə 0:3 hesabı ilə uduzan Fərid Cəlalovun yetirmələri öncə bu məğlubiyyətin revanşını almalı olsalar da, bunu bacarmayıblar. 

Debüt mövsümündə 2 mərhələ adlayan “Lokomotiv” ikinci matçda da 0:3 hesabı ilə məğlub olub. Bu isə onların avrokubokla vidalaşması ilə nəticələnib.

“Çelenc Cup”

1/8 final, cavab oyunu

1 fevral

"Lokomotiv" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan) - 0:3 (12:25, 20:25, 8:10, 24:26)

Hakimlər: Matsey Matseyevski (Polşa), Nikolas Ekford (İngiltərə)

Bakı, Voleybol Mərkəzi

“Lokomotiv”: 1. Vüqar Bayramov, 4. Murad Abdurazakov, 5. Əli Maqomedov, 7. Andrey Vasilenko, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 15. Dmitri Baranov, 19. Kənan Allahverdiyev

“Olimpiakos”: 1. Konstantinos Çristofidelis, 2. İoannis Roumeliotakis, 3. Nikos Zoupani, 4. Mikko Oivanen, 5. Konstantinos Stivaçtis, 6. Georgios Stefanou, 7. Georgios Petreas, 8. Marcus Böme, 9. Theologos-Kristos Daridis, 10. Andreas Andreadis, 11. Fabian Drzizqa, 12. Petros Maνganas, 14. Paraskevas Tselios, 15. Todor Aleksiyev, 16. Sotirios Sinadinos, 18. Jeroen Rauverdink, 19. Andreas-Dimitros Fraqkos

İlk oyun: “Olimpiakos” (Yunanıstan) – “Lokomotiv” (Azərbaycan) - 3:0 (25:22, 25:15, 25:8) 

 

Oxşar xəbərlər

"Olimpiakos" Çempionlar Liqasının qrup mərhələsində - VİDEO
Azərbaycan çempionatının təqvimi məlum oldu - İlk dövrə fevralın 2-də yekunlaşacaq
Məğlub olan Azərbaycan çempionunda kim necə oynadı? - Statistik göstəricilər
Azərbaycan çempionu “Olimpiakos”la matça çıxır
“Lokomotiv” qələbə ilə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər