reklam
Qış Olimpiya Oyunları üçün 21 ölkənin rəhbər şəxsləri Cənubi Koreyaya səfər edəcək
Sportfm.az xəbər saytı

Qış Olimpiya Oyunları üçün 21 ölkənin rəhbər şəxsləri Cənubi Koreyaya səfər edəcək


Pxençan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarını izləmək üçün 21 ölkənin və bir neçə beynəlxalq təşkilatın rəhbər şəxsləri Cənubi Koreyaya səfər edəcək. Onlardan 16 nəfəri isə açılış mərasiminə qatılacaq.

Sportfm.az xəbər verir ki, rəhbər şəxslər arasında BMT-nin baş katibi Antonio Quterreş, Almaniya prezidenti Frank-Valter Ştaynmayer, Yaponiyanın Baş naziri Şinzo Abe, ABŞ-ın vitse-prezidenti Mayk Pens, İsveç kralı Karl Qustav, İsveçrə prezidenti Alain Berset, habelə Sloveniya, Polşa, Slovakiya, Litva, Estoniya və Latviyanın dövlət başçıları, Norveç, Danimarka, Lixtenşteyn və Finlandiyanın baş nazirləri, Monako knyazı, Danimarkanın şahzadə vəliəhdi, Kanadanın general-qubernatoru və digərləri var.

Qeyd edək ki, “Pxençan-2018” Qış Olimpiya Oyunları fevralın 9-25-də keçiriləcək. Bu, Cənubi Koreyanın ev sahibliyi etdiyi ilk Qış Olimpiya Oyunları, ümumilikdə isə ikinci Olimpiya Oyunlarıdır. Paytaxt Seulda 988-ci ildə Yay Olimpiya Oyunları təşkil edilmişdi.

Oxşar xəbərlər

Azərbaycanın Qış Olimpiadasında iştirak şərtləri açıqlandı
Şimali Koreyalılar Cənubi Koreyaya gedəcək
Olimpiadada iştirak edəcək Şimali Koreya idmançılarının sayı açıqlandı
Pxençan Qış Olimpiya Oyunlarının məşəli Seula çatıb
“Pxençan-2018” Qış Olimpiya Oyunlarına biletlərin 60 faizi satılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər