Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
3 saat 6 dəqiqə davam edən final görüşü
İsveçrəli tennisçi Rocer Federer mötəbər "Australian Open"in birinci "Böyük dəbilqə" seriyası mövsümündə ilk yarışın qalibi olub.
Sportfm.az xəbər verir ki, finalda R.Federer xorvatiyalı Marin Çiliçə üstün gəlib. Oyun 6:2, 6:7 (5:7), 6:3, 3:6, 6:1 hesabı ilə dünyanın ikinci raket ustasının xeyrinə bitib. Final matçı 3 saat 6 dəqiqə davam edib.
Yarışın ümumi uduş fondu 43 milyon dollardır. 36 yaşlı Federer üçün bu, karyerasında sayca 6-cı "Australian Open" yarışı və ümumilikdə 96-cı qalibiyyət olub. İsveçrəlinin "Böyük dəbilqə" seriyasında 20 qələbəsi var.
Qeyd edək ki, ötən il Uimbldonda "Böyük dəbilqə" seriyasının finalında da R. Federer xorvatiyalı idmançını yenib.
Oxşar xəbərlər
Rafael Danildən güclü oldu - Australian Open
“Australian Open-2019” turnirinin final oyunu keçiriləcək
Cokoviç dörddəbir finala vəsiqə qazandı
İsveçrəli birinci pilləyə yüksəldi
Heç kimə uduzmadı, iki kubok əldə etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası