reklam
İsveçrəli birinci pilləyə yüksəldi
Sportfm.az xəbər saytı

İsveçrəli birinci pilləyə yüksəldi


Rotterdamda keçirilən tennis turnirinin dörddəbir finalında hollandiyalı Robin Haasa qalib gələn isveçrəli Rocer Federer yenidən dünya reytinq cədvəlinin birinci pilləsinə yüksəlib.

Sportfm.az xəbər verir ki, beləliklə, Federer eyni vaxtda bir neçə rekordu təzələyib. O, 36 yaşında dünya kişi tennisi tarixində reytinqin ən yaşlı lideri olub. Buna qədər həmin rekord 33 yaşlı Andre Aqassiyə məxsus idi.

İsveçrəli tennisçi reytinqin birinci pilləsini 5 il 106 gün əvvəl tərk etmişdi. İndiyədək heç kəsə bu qədər uzun fasilədən sonra zirvəyə qayıtmaq nəsib olmayıb. Federer ilk dəfə 2004-cü ildə dünyanın bir nömrəli raketka ustası olmuş və ümumilikdə 302 həftə bu yüksək pillədə qala bilmişdi.

Məşhur tennisçi yanvarda “Australian Open” turnirinin çempionu olub. Bu turnirdə o, artıq altı qələbə qazanıb. İsveçrəlinin hesabında “Böyük dəbilqə” seriyasından ümumilikdə 20 qələbə var.

Oxşar xəbərlər

Rafael Danildən güclü oldu - Australian Open
18 yaşlı tennisçi karyerasında ilk dəfə “US Open” turnirinin qalibi oldu
“Australian Open-2019” turnirinin final oyunu keçiriləcək
Yaponiyalı idmançı “Australian Open-2019” turnirinin qalibi oldu
3 saat 6 dəqiqə davam edən final görüşü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər