reklam
Rafael Danildən güclü oldu -
Sportfm.az xəbər saytı

Rafael Danildən güclü oldu -Australian Open


Tennis üzrə Avstraliya Açıq çempionatında (Australian Open) kişilərin fərdi mübarizəsində qalib bəlli olub.

Sportfm.az xəbər verir ki, finalda ispaniyalı Rafael Nadalla rusiyalı Danil Medvedev üz-üzə gəlib.

Qarşılaşma Nadalın 3:2 (2:6, 6:7, 6:4, 6:4, 7:5) hesablı qələbəsi ilə bitib. İlk iki setdə Medvedev qələbə qazanıbsa, növbəti 3 setdə 36 yaşlı raketka ustası rəqibinə şans verməyib.

Böyük Dəbilqə seriyalı turnirlərdə 21-ci dəfə çempion olan Rafael Nadal isveçrəli Roje Federer və serbiyalı Novak Cokoviçi geridə qoyaraq yeni rekorda imza atıb.

Qeyd edək ki, qadınların fərdi mübarizəsində qalib adını finalda ABŞ tennisçisi Daniel Kollinzi yenən avstraliyalı Eşli Barti qazanıb. 

Oxşar xəbərlər

61 milyon dollarlıq turnirin qalibi məlum oldu - “Australian Open”
Rafael Nadal rekorda imza atdı - 13-cü dəfə yarımfinal
Cokoviç Uimbldon turnirin qalibi oldu
“Australian Open-2019” turnirinin final oyunu keçiriləcək
Rafael Nadal yarımfinala vəsiqə qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər