reklam
Qitə birinciliyində azərbaycanlı hakim olmayacaq -
Sportfm.az xəbər saytı

Qitə birinciliyində azərbaycanlı hakim olmayacaq -Dünya reytinqində 10-cu olsaq da


Yanvarın 30-da Slovaniyada start götürəcək futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.

Sportfm.az xəbər verir ki, milli komandamızın da iştirak edəcəyi qitə birinciliyinin oyunlarına ikisi ehtiyat olmaqla 20 hakim dəvət olunub. Maraqlıdır ki, əsas 18 hakim arasına referilərimizdən heç birinin adı daxil edilməyib. Türkiyə, İngiltərə, Finlandiya kimi futzalı zəif ölkələrin ədalət təmsilçiləri qitə birinciliyində iş başında olacaqlar. İspaniya, İtaliya və Macarıstanın hər birində 2 hakim həlledici mərhələyə təyinat alıb. Rusiya, Portuqaliya kimi milli komandası və daxili çempionatı güclü olan ölkələrdən cəmi bir ədalət təmsilçisi iş başında olacaq. Siyahıda Fransa, Çexiya, Xorvatiya, Rumıniya kimi ölkələrin də hakimləri var. Ehtiyat referilərdən biri Yunanıstanı, digəri isə Makedoniyanı təmsil edir. Siyahını diqqətinizə çatdırırıq: Sasa Tomic (Xorvatiya), Ondrej Cerny (Çexiya), Cedric Pelissier (Fransa), Balazs Farkas, Gabor Kovacs (hər ikisi Macarıstan), Marc Birkett (İngiltərə), Xuan Xose Kordero Qallardo, Alejandro Martinez Flores (hər ikisi İspaniya), Angelo Galante, Alessandro Malfer (hər ikisi İtalya), Timo Onatsu (Finlandiya), Eduardo Jose Fernandes Coelho (Portuqaliya), Bogdan Sorescu (Rumıniya), Vladimir Kadykov (Rusiya), Amir Zahovic (Sloveniya), Kamil Cetin (Türkiyə). Ehtiyat hakimlər: Vasileios Christodoulis (Yunanıstan), Josip Barton (Makedoniya)

Oxşar xəbərlər

Döyülən türk hakim AVRO-2024-də
Dünya Çempionatında millimizin oyunlarını onlar idarə edəcək
AVRO-2020-nin püşkü atıldı - YENİLƏNİB
Çempionlar Liqasında hakim təyinatları - SİYAHI
Futzal üzrə AÇ-2018: Yığmamız darmadağın oldu - Portuqaliya Rusiya ilə oynayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər