reklam
Uşaqların başla oynamasına qadağa qoyulacaq? -
Sportfm.az xəbər saytı

Uşaqların başla oynamasına qadağa qoyulacaq? -UEFA prezidenti açıqladı


UEFA aşağı yaş qruplarında başla oynamağı qadağan edə bilər.

Sportfm.az xəbər verir ki, qurumun prezidenti Aleksandr Çeferin bu barədə danışıb. Onun gözlərinə görə başla topa zərbənin uşaqların sonrakı inkişafına mənfi təsiri sübuta yetiriləcəyi təqdirdə buna qadağa qoyulacaq.

"Biz bu məsələni diqqətlə araşdırmalıyıq. Araşdırma başla oynamağın uşaqlara zərərini aydın göstərsə, problemə ciddi yanaşmaq lazım gələcək. Boks və MMA kimi növlərə baxanda insan gördüklərindən qorxur. Belə problemlər bir sıra növlərdə, o cümlədən futbolda da var. Tədqiqat nəticələrini səbirsizliklə gözləyəcəm" - Çeferin qeyd edib.

2016-cı ildə ABŞ-da 11 yaşdan aşağı uşaqların topa başla zərbə endirməsi qadağan edilmişdi. İngiltərədə isə bu məsələ sonuncu dəfə 2017-ci ilin noyabrında olmaqla bir neçə dəfə gündəmə gəlib.

Oxşar xəbərlər

Ərdoğan topa kəllə vurdu – VİDEO
Futbolda başla oynamaq qadağan ediləcək - Tarixdə bir ilk
"Ayıq başla buraxdığımız səhvləri analiz edəcəyik" - Canni De Byazi
Bundan sonra topa başla zərbə vurmaq olmayacaq - 3 ölkədə qadağan edildi
Başla qol vurdu, Ginnesin Rekordlar Kitabına düşdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər