Bundan sonra topa başla zərbə vurmaq olmayacaq -3 ölkədə qadağan edildi
İngiltərə, Şotlandiya və Şimali İrlandiyada yaşı 12-dən aşağı olan uşaqların futbol məşqlərində topa başla vurmasına qadağa qoyulub.
Sportfm.az xəbər verir ki, topa başla vurmaqla demans xəstəliyi arasında əlaqənin olub-olmaması ilə bağlı araşdırmanın yekununa əsasən, bu qərar verilib. 12 ilə 16 yaş arasında oyunçular üçün isə bu qərarın tədricən həyata keçirilməsi nəzərdə tutulub.
Bu qadağaların matçları əhatə etmədiyi bildirilib. Yəni oyunlar zamanı həmin uşaqlar topa başla zərbə vura biləcəklər.
Qeyd edək ki, Şotlandiyada ötən il yayımlanan araşdırmaya görə, futbolçuların digər şəxslərlə müqayisədə beyin xəstəliklərinə bağlı ölüm ehtimalının 3 dəfə yüksək olduğu ortaya çıxmışdı.
Oxşar xəbərlər
Ərdoğan topa kəllə vurdu – VİDEO
Futbolda başla oynamaq qadağan ediləcək - Tarixdə bir ilk
Uşaqların başla oynamasına qadağa qoyulacaq? - UEFA prezidenti açıqladı
Məşhur futbolçu beynini bağışladı
Başla qol vurdu, Ginnesin Rekordlar Kitabına düşdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası