FHN-in əməkdaşları arasında keçirilən şahmat çempionatına yekun vuruldu
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları arasında keçirilən şahmat çempionatı başa çatıb.
Sportfm.az xəbər verir ki, nazirliyin idman-sağlamlıq klubu və həmkarlar ittifaqının birgə təşkilatçılığı ilə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində keçirilən yarışda 17 komandanın 70-ə yaxın əməkdaşı mübarizə aparıb.
Beynəlxalq dərəcəli hakim Namiq İsmayılovun və Vitali Sapranovun idarə etdikləri turnirdə fərdi və komanda hesabında qaliblər müəyyənləşib. Beş günlük mübarizədə şəxsi yarışda çempion adına Orxan Əbilov (İzotop xüsusi kombinatı) yiyələnib. İkinci yeri Səmədağa Paşayev (Mülki Müdafiə Qoşunları), üçüncü pilləni Anar Seyidov (Əsaslı Tikinti İdarəsi) tutublar.
Komanda hesabında isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bütün rəqiblərini qabaqlayıb. Gümüş medallara FHN-in Akademiyası layiq görülüb. İlk üçlüyü Xüsusi Riskli Xilasetmə Xidmətinin işçiləri tamamlayıblar.
FHN-in idman-sağlamlıq klubunun rəisi, polkovnik Fizuli Musayev və FHN-in həmkarlar ittifaqının sədri Mehman İsmayılov çempionatda fərqlənənləri təbrik edərək, onları diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırıblar.
Oxşar xəbərlər
DİN-in istirakçıları Avropa Çempionatına vəsiqə qazanıblar
FHN işçiləri arasında çempionat keçirildi - FOTO
Şahmatçılar arasında beynəlxalq reytinq turniri başa çatdı - FOTO
FHN əməkdaşları da futbol oynadı - FOTO
Sərbəst güləşçilərin çempionatı başa çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası