DİN-in istirakçıları Avropa Çempionatına vəsiqə qazanıblar
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində usta cüdoçular arasında Azərbaycan çempionatı keçirilib. Yarışda müxtəlif çəki dərəcələri üzrə 78 veteran idmançı medallar uğrunda mübarizə aparıb.
Sportfm.az xəbər verir ki, maraqlaizlənilən bu yarışda DİN İdman Cəmiyyətinin inspektoru, polis kapitanı Elşən İbişov (90 kiloqramadək) və Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis baş serjantı Azər Fətullayev (81 kiloqram) qarşılaşdıqları bütün görüşlərdə rəqiblərini məğlub edərək çempion adını qazanıblar.
Baş mükafata sahib olan hər iki idmançımız cüdo üzrə Avropa çempionatında iştirak etmək hüququ qazanıb.
Bu yarışda ƏÇPA-nın daha bir əməkdaşı, polis serjantı Yusif Bayramov finaladək irəliləyib və bürünc medala sahib olub.
Oxşar xəbərlər
Cüdoçular arasında Azərbaycan çempionatı keçirildi
Polislərin yubileyinə həsr edilən cüdo çempionatı - FOTOLAR
Azərbaycanlı polis çempion oldu - FOTO
DİN-in əməkdaşı çempion oldu
Dünyanın ən güclü insanları Azərbaycan polisləri oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin