Qurban Qurbanov: Səhvlərin olması qaçılmazdır
“Qarabağ” ötən gün iki yoxlama oyunu keçirib.
Sportfm.az xəbər verir ki, təmsilçimiz Makedoniyanın “Şkupi” komandasıyla 0:0 hesablı heç-heçə edib, Ukraynanın “Mariupol” komandasına isə 2:3 hesabıyla məğlub olub. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunlar haqda klubun rəsmi saytına fikirlərini bildirib:
“Ümumi götürdükdə, bugünkü qarşılaşmalarda nəticələr yaxşı olmasa da, oyunlardan razı qaldım. Əvvəlcədən də, meydanda olan futbolçuların 90 dəqiqə oynamasını planlaşdırmışdıq və buna da çalışdıq. Hər iki oyunda nəzarəti əldə saxlamağa çalışdıq, bəzi texniki səhvlər oldu. İndi hazırlığın elə mərhələsindəyik ki, belə səhvlərin olması qaçılmazdır. Son mərhələdə futbolçular üzərində olan yük nisbətən azalacaq və daha çox son zərbələrin dəqiq yerinə yetirilməsi üzərində çalışacağıq”.
Oxşar xəbərlər
"Keçirilən hər iki matçdan da, futbolçulardan da razı qaldım" - Qurban Qurbanov
"Tam istədiyim oyun olmadı" - Qurban Qurbanov
Sənan Qurbanov görəcəyi faydadan danışdı:"Daha güclü olmaq..."
Qurban Qurbanov: "Oyundan-oyuna daha yaxşı vəziyyətdə olacağıq"
"Qarabağ" bosniyalılara belə məğlub oldu - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası