"Qarabağ" bosniyalılara belə məğlub oldu -VİDEO
Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.
Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi Bosniya və Herseqovinanın “Sarayevo” klubuyla qarşılaşıb. “Köhlən atlar”ın millinin düşərgəsində olan 11 üzvü bu oyunda iştirak etməyib. Baş məşqçi Qurban Qurbanov da oyun zamanı millinin "sükanı arxasında" olub. Bu üzdən ikinci heyətlə meydana çıxan Ağdam klubu məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, “Sarayevo” ilə matç “Qarabağ”ın Antalya toplanışı çərçivəsində 5-ci oyunu olub. “Köhlən atlar” daha öncə Rusiyanın “Kuban” (2:2), Polşanın “Lexiya” (1:1), Makedoniyanın “Şkupi” (0:0) və Ukraynanın “Mariupol” klublarıyla (2:3) qarşılaşmışdı.
Yoxlama oyunu
29 yanvar
18:30 Qarabağ (Azərbaycan) - Sarayevo (Bosniya və Herseqovina) 0:2
Oxşar xəbərlər
“Qarabağ” – “Mladost” görüşünün başlama saatı məlum oldu
"Qarabağ"ın Ukrayna klubuna "gücü çatmadı" - VİDEO
"Qarabağ" makedoniyalılara qol vura bilmədi
"Kuban" "Qarabağ"ın rəqibi olacaq
“Qarabağ”ın rəqibləri müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası