reklam
Sportfm.az xəbər saytı

"Fransa ilə oyun bizim üçün finala bərabərdi" -Rövşən Hüseynli


Avropa çempionatının hazırlığını Bakıda davam etdirən futzal üzrə Azərbaycan millisi İran yığması ilə iki yoldaşlıq oyunu keçirib.

İlk oyunda 3:3 hesablı heç-heçə edən komandamız ikinci qarşılaşmada məğlub olub – 1:4. Oyunlarla bağlı yığmamızın qapıçısı Rövşən Hüseynli federasiyanın rəsmi facebook səhifəsinə fikirlərini açıqlayıb. 

Sportfm.az saytı həmin açıqlamanı sizlərə təqdim edir:

“Avropa çempionatından əvvəl İran kimi güclü komanda ilə qarşılaşmaq xeyrimizə oldu. Bu matçlarda səhvlərimizi müəyyənləşdirdik, hansı çatışmazlıqları aradan qaldırmalı olduğumuzu dəqiqləşdirdik. Birinci oyun daha sürətli və bir qədər də aqressiv keçdi. Thaqonun yoxluğu müdafiədən çıxmağımızda, eləcə də hücumlar qurmağımızda bizə çətinlik yaratdı. Məşqlərdə bu cür tapşırıqları edərkən oyunu əsasən onun üzərində qururduq. Məcbur olub başqa taktika ilə oynadıq. İkinci oyunda sürət aşağı idi ki, bunu da yorğunluqla əlaqələndirmək olar. Çünki belə güclü komanda ilə ardıcıl iki gün ərzində oynamaq çox çətindi. Həm də Vassouranın yoxluğu hiss olundu.
İran və Fransa yığmalarının oyun üslubu bir-birinə yaxındır. Bu da bizim üçün əla sınaq oldu. Bildik ki, nələri düzəltməliyik, harda axsayırıq. Xətai, Ramiz, İsa oyunlarda özlərini yaxşı tərəfdən göstərə bildilər. Fineo, Vassoura və Vitali komandaya gec qoşulduqlarına görə, müəyyən problemlər yaşandı. Ancaq çempionata qədər bunun yoluna qoyulacağına əminik.
Komanda Avropa çempionatına təxminəm 80-90 faiz hazırdı. Qarşıdakı 7-8 gündən də maksimum istifadə edəcəyik. Təbii ki, rəsmi və yoldaşlıq oyunları tam fərqlidir. Çalışdıq Fransa ilə oyunda etmək istədiklərimizi bu matçlarda tətbiq edək. Fransa ilə oyun bizim üçün finala bərabərdi. Çünki növbəti mərhələyə aparan yol bu matçdan başlayır. Komandamız üçün uğurlu bir yarış olacağına inanıram”.

Oxşar xəbərlər

"Fransa ilə oyunda çətinliklə qələbə qazandıq"
“Bizi ancaq qələbə qane edəcək” - Zaur Axundov
Vitali Borisov: Bir qədər axsama var
Yığmamızın baş məşqçisi: Deməzdim ki, nəticə bizim üçün vacib deyil
Rivzan Fərzəliyev heyətdən tam istifadə edilməməsindən gileyləndi!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər