reklam
Bakı klubunun iki oyunçusu İrandan buraxılmır -
Sportfm.az xəbər saytı

Bakı klubunun iki oyunçusu İrandan buraxılmır -Federasiya rəsmisi açıqladı


Hazırda dünyanın bir nömrəli problemi koronavirusdur. Çinin Uxan şəhərindən başlayan bu bəla getdikcə bütün dünyaya yayılmağa başlayıb. Bir müddət öncə bu virusun cənub qonşumuz İrana yayılması haqqında açıqlama verilib. Sürətlə Qum şəhərindən İranın digər bölgələrinə yayılmağa başlayan bu xəstəlik artıq xeyli sayda insanın ölümü ilə nəticələnib. Hətta durum o yerə çatıb ki, İran hal-hazırda bu virusa yoluxanların sayına görə Çindən sonra ikinci sırada durur. 

Gün ərzində İranla açıq olan sərhəd-keçid məntəqələrimizdən minlərlə insan keçir. Bununla yanaşı, paytaxt Bakıda xeyli sayda iranlı turist də var. Ötən gün yayılan xəbər isə başqa bir sahədə böyük bir təhlükənin mövcud olması ortaya çıxıb. Belə ki, futzal üzrə qadınlardan ibarət İran yığmasının üzvü Elham Şeyxinin koronavirusdan dünyasını dəyişdiyi xəbəri yayılıb. 23 yaşlı futzalçının Qum şəhərində ölümcül virusa yoluxduğu məlum olub.

Hazırda futzal liqalarımızda xeyli sayda iranlı futzalçı çıxış edir. Son illər demək olar ki, Azərbaycanda olan hər futzal komandasının heyətində iranlı legionerlər var. Və bu oyunçular 3 ay ərzində viza müddəti bitdikdən sonra İrana gedib geri qayıdırlar. Belə olan təqdirdə onlarla iranlı futzalçının virusa yoluxma təhlükəsi ilə üz-üzə qalır. Ortaya çıxan təhlükəli durumla bağlı suallarımızı Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədova ünvanladıq. 

- Səhiyyə Nazirliyi futzal liqalarında çıxış edən futzalçılarla bağlı federasiyadan məlumat alıbmı?

- Hələ ki, bizdən belə bir məlumat istənilməyib. Hazırda çempionatda çıxış edən iranlı futzalçıların əksəriyyəti bu ilin yanvar ayının ortalarında Bakıya gələnlərdi. Onlar bura gələn vaxt hələ virusla bağlı bu qədər həyacanverici xəbərlər yox idi. 

- Bəs, gələnlər arasında viza müddəti bitdiyi üçün İranla yollananlar var? 

- Bəli, belə oyunçular var. Ancaq hələ ki, onlara Azərbaycana gəlmələri üçün viza verilməyib. 

- Həmin futzalçılar hansı klubun heyətində yer alır? 

- Bu haqda bizə təxminən 4-5 gün əvvəl "Record club" məlumat verib.
- Söhbət neçə nəfərdən gedir?
- Klub rəhbərliyi iki futzalçının viza müddətinin bitdiyini, buna görə onların İrana yollandığını, lakin yenidən Azərbaycana qayıda bilmək üçün icazə ala bilmədiklərini bildirdilər. 

Qeyd edək ki, İranda rəsmi məlumatlara görə, koronavirusdan ölənlərin sayı 26 nəfərdi. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

 

 
 
 

Oxşar xəbərlər

İranlı futzalçı koronavirusdan dünyasını dəyişdi
Xosrov Məmmədov: İkinci Liqada bu mümkün deyil
Futbolçu icazə olmadan futzal çempionatında necə çıxış edir? - PROBLEM
Mehdi Cavid: Belə olacağını gözləmirdim - MÜSAHİBƏ
Futzal yığmamız İranla bərabərə qaldı - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər