Dadaşov 4 klubun transfer hədəfindədir
Azərbaycan millisinin sabiq futbolçusu, Almaniya Regional Liqa təmsilçisi “Dinamo”nun formasını geyinən Rüfət Dadaşov klubunu dəyişə bilər.
Sportfm.az xəbər verir ki, 26 yaşlı forvard 3-cü Bundesliqada çıxış edən 4 klubun transfer hədəfindədir. “Şportfroynde”, “Karl Zeyss”, “Erfurt” və “Çvikkau” klubları Dadaşovu rənglərinə qatmaq niyyətindədir.
“Karl Zeyss” bu keçiddə daha israrlıdır. Artıq bunun üçün rəsmi təklif də ünvanlanıb. "Dinamo" rəhbərliyi isə Rüfəti müəyyən məbləğ qarşılığında satmaq istəyir.
Bu mövsüm 18 oyunda 19 qol vuran futbolçunun transferi ilə bağlı danışıqlar start götürüb.
Qeyd edək ki, Dadaşov 2013/2014-cü illərdə millimizin heyətində 14 oyun keçirib və 4 qol vurmağa müvəffəq olub.
Oxşar xəbərlər
Rüfət Dadaşov Almaniyada klubunu dəyişdi
Rüfət Dadaşov ən dəyərli futbolçular sırasında - Almaniya Regional Liqası
Millimizin futbolçusu ən yaxşı transferlərin “onluğ”una düşdü
Azərbaycanlı futbolçu klubunu dəyişdi - FOTO
“Prosineçki məni yığmada görmək istəmir” - Dadaşov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası