reklam
Rüfət Dadaşov ən dəyərli futbolçular sırasında -
Sportfm.az xəbər saytı

Rüfət Dadaşov ən dəyərli futbolçular sırasında -Almaniya Regional Liqası


Almaniya Regional Liqasının ən bahalı futbolçuları məlum olub.

Sportfm.az xəbər verir ki, siyahıda Azərbaycan milli komandasının sabiq üzvü Rüfət Dadaşov da yer alıb.

“Şalke”nin əvəzedici komandasında çıxış edən hücumçunun dəyəri 200 min avro göstərilib. Dadaşov 8 futbolçu ilə birlikdə 9-16-cı yerləri bölüşdürür.

Regional Liqanın ən bahalı futbolçusu “Köln”ün əvəzedici komandasının hücumçusu Tim Lemperledir. 19 yaşlı oyunçunun dəyəri 1 milyon avrodur.

Rüfət Dadaşov bu mövsüm “Şalke”nin əvəzedici komandası ilə 14 oyunda 6 qol vurub.

Oxşar xəbərlər

Dadaşov qol vurdu - Regional Liqa
Rüfət Dadaşov növbəti qolunu vurdu - Qərb Regional Liqası
Millinin sabiq futbolçusu "Şalke"də kapitan oldu Uğur
Dadaşov yenə vurdu - Qərb Regional Liqası
Azərbaycan Premyer Liqasının ən dəyərli klubu və futbolçusu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər