reklam
Şəhriyar Məmmədyarovun növbəti rəqibi müəyyənləşdi
Sportfm.az xəbər saytı

Şəhriyar Məmmədyarovun növbəti rəqibi müəyyənləşdi


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zey şəhərində keçirilən “Tata Steel Masters” superturnirinin liderlərini təqib edir.

Sportfm.az xəbər verir ki, qrossmeysterimiz dördüncü turda rusiyalı Sergey Karyakinlə heç-heçə oynayıb. Rəqiblər heç-heçə barədə 47-ci gedişdə razılığa gəliblər. Aktivində 2,5 xalı olan Ş.Məmmədyarov norveçli Maqnus Karlsen və rusiyalı Vladimir Kramnik ilə 3-5-ci yerləri bölüşür.

Turnirdə hər biri 3 xal toplayan hollandiyalı Aniş Giri və hindistanlı Vişvanatan Anand liderlik edirlər.

Qeyd edək ki, beşinci tur Veyk-an-Zeydə deyil, Hilversumda keçiriləcək. Oyun Bakı vaxtı ilə 17.00-da başlayacaq. Bu turda Vişvanatan Anand-Vey İ, Qaveyn Cons-Aniş Giri, Maqnus Karlsen-Vladimir Kramnik, Şəhriyar Məmmədyarov-Fabiano Karuana, Pyotr Svidler-Hou İfan, Uesli So-Başkaran Adxiban, Maksim Matlakov-Sergey Karyakin görüşləri keçiriləcək.

Əlavə edək ki, beşinci turdan sonra turnirdə istirahət günü olacaq.

Oxşar xəbərlər

Şəhriyar Məmmədyarovun növbəti rəqibi Fabiano Karuana olacaq
Veyk-an-Zee: Çempion müəyyənləşdi, Məmmədyarov 4-cü oldu
"Şah", mat oldu
Şəhriyar Məmmədyarov hamıdan irəlidədir
Məmmədyarov Veyk-an-Zeye şəhərində keçiriləcək şahmat turnirində iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər