Məmmədyarov Veyk-an-Zeye şəhərində keçiriləcək şahmat turnirində iştirak edəcək
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçiriləcək şahmat üzrə superturnirin iştirakçılarının siyahısına daxil edilib. Turnirin yanvarın 12-dən 28-dək keçirilməsi nəzərdə tutulub.
Sportfm.az xəbər verir ki, şahmat turnirində, həmçinin hazırkı dünya çempionu Maqnus Karlsen, rusiyalılar Sergey Karyakin, Vladimir Kramnik, amerikalılar Fabiano Karuana və Uesli So (2017-ci il turnirinin qalibi), hindlilər Vişvanatan Anand, Başkaran Adhiban, hollandiyalı Aniş Giri, ingilis Qaven Cons, çinlilər Vey İ və Hou İfanay çıxış edəcəklər.
Turnirin direktoru Yerun van den Berq deyib: “Mən çox razıyam ki, turnirdə dörd dünya çempionu iştirak edir. Turnirin 80-ci yubiley oyununda Kramnik və Anandın çıxışları xüsusi hadisədir. Çünki onlar Veyk-an-Zeyeyə bir neçə ildir ki, gəlməyiblər”.
Turnirin daha iki iştirakçısının adı noyabr və dekabr aylarında elan olunacaq.
2018-ci ilin yanvarın 12-dən 28-dək dairəvi sistem üzrə keçiriləcək superturnir sayca 80-cidir.
Oxşar xəbərlər
Məmmədyarov 3-cü oldu - Vüqar Həşimov Memorialı
Veyk-an-Zee: Çempion müəyyənləşdi, Məmmədyarov 4-cü oldu
"Şah", mat oldu
Şəhriyar Məmmədyarov hamıdan irəlidədir
Şəhriyar Məmmədyarovun növbəti rəqibi müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA U-15 Dünya Çempionatını canlı izləyin
-
“Kəpəz”in fan-shopu fəaliyyətə başladı
-
Rövşən Nəcəf və Canni İnfantino qarşılaşmaları izlədi - FİFA U-15 Dünya Çempionatı
-
“Turan”ın Çempionlar Liqasındakı oyunu canlı yayımlanacaq
-
İki güləşçimiz 1/4 finalda - Dünya çempionatı
-
Azərbaycan yığması daha 2 oyuna çıxacaq - FİFA U-15












Misli Premyer Liqası