reklam
Səfir  uğur qazanan karateçilərlə görüşdü
Sportfm.az xəbər saytı

Səfir uğur qazanan karateçilərlə görüşdü


Ölkəmizin karate üzrə yeniyetmə və gənclərdən ibarət seçmə komandaları Xorvatiyada 27-ci Qran-Pri turnirini səkkiz medalla başa vurub.

Sportfm.az xəbər verir ki, yeniyetmələrdən Fərid Ağayev (52 kq) və Fidan Dadaşova (47 kq) yarışın qalibi olublar. Gənclər arasında Ülvi Qurbanov (60 kq) və Murad Hacızadə (84 kq-dan yuxarı) ikinci yeri, Tale Yaqubov (63 kq, yeniyetmə), Mədinə Sadıxova (48 kq), Müseib Məmmədov (68 kq) və Elcan Məmmədrzayev (60 kq, hər biri gənclər) isə üçüncü pillədə qərarlaşıblar.

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov və konsul Emil Kazımov seçmə komandalarımızın yarışını izləyiblər.

Turnirdən sonra mükafatçılarla görüşən səfir F.Qurbanov karateçilərimizi təbrik edib və onlara uğurlar arzulayıb.

AMKF-nin prezidenti Yaşar Bəşirov idmançılarımızı fəal dəstəklədiklərinə görə Fəxrəddin Qurbanova və səfirliyin əməkdaşlarına minnətdarlığını bildirib.

Oxşar xəbərlər

Gənc karateçilərimiz Xorvatiyada 10 medal qazandı - FOTO
Karateçilərimiz Qran Pri turnirini 10 medalla başa vurdu - FOTO
Karateçilərimiz Xorvatiyadan 8 medalla dönür
29 karateçimiz Xorvatiyada sınaqdan keçəcək
Azərbaycanın gənc karateçiləri İspaniyada dünya çempionatında iştirak edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər