Stadion direktoru "Kəpəz"in bəhanəsini əsassız sayır -MÜSAHİBƏ
"Kəpəz"in I divizion təmsilçisi "Sabah"la bu gün baş tutması planlaşdırılan yoxlama oyunu ləğv olunub. Gəncə klubunun rəsmi saytının yaydığı xəbərə görə, buna səbəb matçın keçiriləcəyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunun ot örtüyünün futbol oynamaq üçün əlverişli olmamasıdır. Bu məqamı nəzərə alan məşqçilər korpusu oyunçuları mümkün zədə riskindən qorumaq məqsədilə yoxlama matçının başqa meydançaya salınmasını xahiş ediblər. Amma klubun menecerləri tərəfindən uzun axtarışlara baxmayaraq paytaxtda yanvarın 15-i üçün uyğun boş stadion tapılmayıb. Bəs, necə olur ki, uzun müddətdir eyni stadionda hazırlıq keçən komandanın məşqçilər korpusu stadionun bərbad durumda olmasını məhz indi görüb? Məsələ ilə Sportfm.az saytına danışan Bədən Tərbiyəsi və İdman Akademiyası stadionunun direktoru Elvin Həsənov əks tərəfin bəhanəsini əsassız sayır:”5 gündə 10 dəfə bu ot örtüyündə məşq edən klub necə deyə bilər ki, oyun keçirmək üçün ot örtüyü əlverişli deyil?Bəs, əvəzedici komanda ilə harda oynadılar? Mən demirəm ki, stadionun qazonu ideal vəziyyətdədir. Ancaq onların açıqlaması bir bəhanədir. Gəncəlilər hazırlığın birinci mərhələsini məhz bu stadionda keçib. Hər gün iki məşq edirdilər. Özüm məşqləri şəxsən izləyirdim, ot örtüyü ilə bağlı heç bir şikayət yox idi. Hazırda “Keşlə” komandası da hazırlıqlarını bizim stadionda davam etdirir”.
Cəmi iki aydır stadionun direktoru təyin olunan Elvin bəy futbolsevərlərə müjdə də verdi:”Bu ilin aprel ayından etibarən stadion tam təmirə bağlanacaq. Mən direktor olandan sonra bir çox məsələləri həll etmişik. Ot örtüyünü isə hava şəraitinə görə dəyişmədik”.
Qeyd edək ki, “Kəpəz” Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirdiyi ilk yoxlama matçında klubun əvəzedici heyətini 1-0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər
"Kəpəz" Antalyaya yollandı
"Kəpəz" gəncəlilərə qalib gəldi, Yunis Hüseynov baxışa yeni futbolçular çağırdı
"Kəpəz" "Sabah"la qarşılaşacaq - Əvəzedicilərdən sonra
"Kəpəz"in zədəliləri sıraya döndü
"Qarabağ"la oyuna hazırlıq başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası