reklam
Sportfm.az xəbər saytı

"Kəpəz" Antalyaya yollandı


Topaz Premyer Liqasının daha bir təmsilçisi Türkiyəyə təlim-məşq toplanışına yollanıb.

Sportfm.az xəbər verir ki, "Kəpəz" hazırlığın əsas mərhələsini keçirəcəyi Antalyaya yola düşüb.  

Yanvarın 4-də istirahətdən qayıdan, sonrakı iki gün ərzində Bakıda tibbi müayinədən keçəcək gəncəlilər 7-dən Bakıda məşqlərə başladılar. Bu müddətdə Bakı Olimpiya Stadionu ilə Azərbyacan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edən, yoxlama oyunu keçirən Yunis Hüsynovun komandası fevraın 2-dək qardaş ölkədə təlim-məşq toplanışında olacaq. 

Burada 4 yoxlama oyunu keçirilməsi nəzərdə tutulub. Bunlar yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 25-də “Daejeon Citizen” (Cənubi Koreya) , 28-də “Yagelloniya” (Belostok, Polşa) və 31-də “Spartak”la (Subotiça, Serbiya) görüşlərdi. 

Xatırladaq ki, bunadək "Qəbələ", "Qarabağ" və "Neftçi" Türkiyəyə hazırlığa yollanıb. "Sumqayıt", "Keşlə", "Zirə" və "Səbail" da toplanış üçün Antalyaya üz tutacaq. 

 

 

Oxşar xəbərlər

Gəncə klubu Antalyaya yola düşdü - FOTO
Şahin Diniyev Türkiyəyə yollandı - Komandasını da apardı
Azərbaycan klubları Antalyaya yola düşdü - Toplanış
“Kəpəz”in Antalyadakı bütün rəqibləri müəyyənləşdi
Gəncə klubunun rəqibləri məlum oldu - onların arasında "Spartak"da var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər