Radik İsayev liderliyi təhvil verdi
Dünya Taekvondo Federasiyası yeni ilin ilk reytinq cədvəlini açıqlayıb.
Sportfm.az xəbər verir ki, Olimpiya çəkiləri üzrə açıqlanan ilk "onluq" yığmamızın üzvləri üçün elə də uğurlu alınmayıb.
Belə ki, Olimpiya çempionumuz Radik İsayev uzun fasilədən sonra dünya reytinqində liderliyi təhvil verib. Aktivində 431,72 xal olan təmsilçimiz +80 kq çəki dərəcəsində ikinci yerə enib. Onu Vladislav Larin qabaqlayıb. Rusiyalı taekvondoçu İsayevi 8,87 xal geridə qoyub.
Dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də reytinqdə mövqeyini itirib. Olimpiya mükafatçımız Radik kimi ikinci yerdədi. Onun aktivində 448,33 xalı var. Təmsilçimiz ilk pillədəki yerini Şeyx Saleh Junior Sisseyə (Fil Dişi Sahili, 515,54) təhvil verib.
Qeyd edək ki, qadın taekvondoçuların reytinqində ilk "onluq"da Azərbaycan millisinin üzvləri yer almayıblar.
Oxşar xəbərlər
Yeni reytinq cədvəli Azərbaycan idmançıları üçün uğurlu oldu
İlk onluğunda üç idmançımız yer alıb - reytinq cədvəli
Radik İsayev yenə də birincidi
Olimpiya və dünya çempionumuz yenə birincidi
Taekvondoçularımız dünya reytinqində birincidir – SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası