Radik İsayev yenə də birincidi
Dünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Sportfm.az xəbər verir ki, Olimpiya çəkiləri üzrə açıqlanan ilk "onluğ"unda yığmamızın 3 taekvondoçusu yer alıb. Belə ki, Rio-2016-nın qalibi Radik İsayev +80 kq çəki dərəcəsində yenə də birincidi. O, 2,04 reytinq xalı itirsə də, mövqeyini əldən verməyib. Aktivində 435,66 xalı olan dünya və Avropa çempionumuz ən yaxın izləyicisi Abdul İssfu (Niger) 37,75 xal qabaqlayır.
Dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də reytinqdə hamıdan öndədi. Liderliyini qoruyan Olimpiya mükafatçısı ikinci yerdə olan Şeyx Saleh Junior Sissedən (Fil Dişi Sahili) 30.22 xal öndədi - 469,86. 68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə də mövqeyini qoruyub. 7-ci pillədə qalan həmyerlimiz 207,15 xala malikdi. Qadın taekvondoçuların reytinqində Azərbaycan millisinin üzvləri yer almayıb.
Oxşar xəbərlər
Yeni reytinq cədvəli Azərbaycan idmançıları üçün uğurlu oldu
İlk onluğunda üç idmançımız yer alıb - reytinq cədvəli
Radik İsayev liderliyi təhvil verdi
Olimpiya və dünya çempionumuz yenə birincidi
Taekvondoçularımız dünya reytinqində birincidir – SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası